İslam dininə görə seks: İcazə verilənlər və qadağalar

İslam dininə görə seks: İcazə verilənlər və qadağalar 

Cinsi münasibətlər insan həyatında çox önəmli yer tutduğu üçün bir çoxlarını İslam dininin bu məsələ ilə bağlı mövqeyi maraqlandırır.

Cebhe.info xəbər verir ki, islam dinində nikaha daxil olmuş cütlük arasında intim münasibətlər, ər və arvad arasında olan oral seks qadağan edilməyib. İslam dini nikahdankənar münasibəti zina kimi qəbul edir. Eyni zamanda menstruasiya zamanı cinsi münasibətə, anal seksə, insestə (yaxın qohumlar ilə cinsi əlaqə), eynicinslilər arasında olan əlaqələrə, nekrofiliya, zoofiliya, pedofiliya və sado-mazoxizmə qadağa qoyur.

İslam dininə əsasən qadağası və icazəsi sual altında olanlar masturbasiya və hamiləlik dövründə cinsi münasibətlərdir.

İslam dini ər və arvad arasında müəyyən həddlər çərçivəsində istənilən seksual əlaqəyə icazə verir. Bəqərə surəsinin 223-ci ayəsində deyilir: Ey möminlər! Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan (yaxşı əməllər) hazırlayın! Allahdan qorxun və (qiyamət günü) Onun hüzuruna gedəcəyinizi bilin! Ya Rəsulum! İman gətirənlərə (Cənnətlə) müjdə ver!

İntim münasibətlər barədə kənar şəxsə danışılmasına, göstərilməsinə və ya onun gözünün qarşısında edilməsinə qətiyyən icazə verilmir.

O cümlədən zifaf gecəsi gəlinin bakirəliyinin sübutunu başqa şəxslərə göstərmək qadağandır. Peyğəmbər buyurub: "Qiyamət günü Allahın gözündə ən aşağıda duranlar o kəslər olacaq ki, öz arvadları ilə yaxınlıq etdikdən sonra onun (arvadının) sirlərini kənar şəxslərə açıqlayıblar”.

İslam dinində oral seksə münasibət birmənalı deyil. Bəzi ilahiyyatçlaırn sözlərinə görə, ər və arvad arasında oral seks aşağıdakı hallarda mümkündür: -Hər iki tərəfin razılığı ilə. Bir tərəf etiraz etsə, bunu etmək olmaz. -Oral seks yalnız stimulyasiya rolunu oynamalı və partnyorun ağzına heç bir maddə daxil olmamalıdır.

İslamda birmənalı olaraq anal seksə qadağa qoyulub və bunu etmiş hər bir şəxs bağışlanmayacaq qədər böyük olan günaha batmış olur.