Qan qrupunda gizlənən yataq sirləri: Kim daha çox seksualdır?
![]() |
Qan qrupunda gizlənən yataq sirləri: Kim daha çox seksualdır? |
Qan qruları ilə insanın xasiyyətini təxmin etmək mümkündür. Mütəxəssislər qan qrupuna görə qadın və kişilərin cinsi istəkləri, seksual bacarıqlarını da araşdırıb.
I qan qrupu
Kişilər: Qadınları ilk baxışdan cəzb etməkdə mahirdirlər. Onların xoşuna gəlir ki, qadını həsrətdə qoysunlar. Amma qadınlar peşman olmayacaq, çünki o, həm ailədə, həm yataqda çox yaxşı kişidir.
Qadınlar: Bu qadınlara onu möhkəm “əli” olan və heç yerə getməyə qoymayacaq kişi lazımdır. Cazibəli və qısqancdırlar. Yanındakı kişinin başqasına ötəri baxmasını belə həzm edə bilmirlər. İntim həyata acgözdürlər. Bu da kişilərin xoşuna gəlir.
II qan qrupu
Kişilər: Çox çəkingən, utancaqdırlar. Sevgi və istəklərini baxışları ilə çatdırırlar. Qadınına qarşı çox nəvazişlidir. Bu kişilər qadına çox məhrəm, hətta ana kimi baxırlar. Ona görə də ehtiras onlar üçün əsas deyil. Qayğıkeş qadınları sevirlər, həmçinin seksual qadına da yox deməzlər.
Qadınlar: Çox çəkingəndir, eləcə də yataqda. Hətta aşiq olsa belə, bunu sirr kimi saxlayır. Bu qadınlar etibarlı və intim həyatda sevimlidirlər.
III qan qrupu
Kişilər: Şorgöz kimi görünsə də, əslində elə deyil. Qadınlarla danışmağı, zarafat etməyi, özünü onlara yaxşı göstərməyi xoşlayır. Əslində isə sevgidən və həqiqi yaxınlıqdan qorxur. Ondan yaxşı ər olur, yataqda da ehtiraslıdır.
Qadınlar: Sevgi və intim həyatda son sözü o demək istəyir. Ehtiras onun üçün əsas deyil. Amma ürəyincə olan biri ilə əsl sevgi yaşayır. Kişini yataqda özünə tabe etdirir.
IV qan qrupu:
Kişilər: Qadınla bağlı hisləri dərin olmasa da ehtirası aşıb-daşır. Yataqda əsl sevgi uzmanıdır. Qadın ona tabe olmalıdır, əks təqdirdə onu itirəcək.
Qadınlar: Seksual görüntüsü var, amma sonradan bu görüntü arxa plana keçir. Yataqda adidən adidir, ona görə də daha çox mətbəxdə özünü sınayır.