Bu yaşdan sonra seks kişiləri öldürür, qadınları isə yaşadır


Müəyyən yaşdan sonra sekslə məşğul olmaq kişilər üçün təhlükəlidir.

Cebhe.info xəbər verir ki, amerikalı alimlər apardıqları araşdırmadan sonra bu nəticəyə gəlib. Mütəxəssislər bildirir ki, yaşlı dövrdə sekslə məşğul olmaq ölüm riskini arıtırır. Buna səbəb isə əsasən ürək tutmaları olur. 

Qadınlar isə əksinə yaşlı zamanlarda sekslə məşğul olaraq sağlamlıqlarını qoruya bilirlər. 

“Journal of Health and Social Behavior”də dərc olunan yazıda indiyə qədər bütün yaşdan olan qadın və kişilər üçün seksin faydalı olması barədə bundan əvvəlki mülahizələr ciddi şübhə altına alınır. “Qəribədir ki, sekslə məşğul olan yaşlı kişilər üçün bu təhlükəlidir. Bu kişilər digərlərinə nisbətən iki dəfə artıq ürək-damar xəstəliklərindən əziyyət çəkirlər”,- deyə Miçiqan Universitetinin mütəxəssisi Xuey Lyu bildirib. 

Araşdırmada 2,2 min nəfər iştirak edib. Yaşları 57 – 85 olan bu şəxslər araşdırmadan 5 il sonra təkrar yoxlamaya cəlb ediliblər. Mütəxəssislərin seksin yaşlı kişilərə ziyanlı olması barədə nəticələri də təkrar araşdırmada təsdiqini tapıb. Araşdırma göstərib ki, yaşlı vaxtlarında sekslə məşğul olan qadınlar yüksək qan təzyiqindən nisbətən daha az əziyyət çəkirlər.