loading...
Sayta dəstək üçün reklamlara tıklamağı unutmayın :)

Ehtirasla gələn “şirin ölüm”: Seks zamanı ölməmək üçün nə etməli?

 
Hər il dünyada çox sayda insan “şirin ölüm”ün qurbanı olur. Şirin ölüm cinsi əlaqə zamanı tərəflərdən birinin ölümünə deyilir. Mütəxəssis S.Anders və rəhbərlik etdiyi qrupun apardığı araşdırma seks zamanı ölüm hallarının düşünüldüyündən daha çox olduğunu üzə çıxarıb. Mütəxəssis bunun qarşısını almaq üçün seks əsnasında diqqət edilməli olan məqamları açıqlayır. 


Mütəxəssisin sözlərinə görə, ürək xəstələri seksdən qorxur və əlaqə zamanı ürəklərinin dayanacağını güman edirlər. Bu ehtimalın yüksək olduğunu deyən mütəxəssisin fikrincə, cinsi əlaqə zamanı ölüm halları 0,8-0,6 faiz arasında dəyişir. Bunu olduqca böyük rəqəm adlandıran Anders bildirib ki, əslində heç bu rəqəmlər də həqiqəti əks etdirmir. Belə ki, seks əsnasında ölüm halları daha çox olur. Bu rəqəmlər isə sadəcə fahişəxanalarda qeydə alınan ölüm faktları əsasında hazırlandığından seks əsnasında ölümləri tam əks etdirmir. Normal ailələrdə cinsi əlaqə zamanı kişi və ya qadının ölüm faktı gizlədilir və adi ölüm, əsaəsn də infarkt kimi təqdim edilir. Buna görə də mütəxəssis seks zamanı ölməmək üçün diqqət edilməli olan məsələləri sadalayıb. 

Bu sırada ilk yerdə cinsi ehtirası artıran dərmanlar dayanır ki, onların istifadəsi ölüm gətirə bilər. Hamburq Tibbi Ekspertiza jurnalında dərc olunan məqalədə də cinsi aktivliyi artıran dərmanların kişilər üçün təhlükəsindən söz açılır. 

Seks zamanı ölümün başqa bir səbəbi isə əlaqədən əvvəl yeməyin həddindən artıq çox yeyilməsi və spirtli içki qəbuludur. Spirtli içki qəbulu cinsi ehtirası artırsa da, cinsi qabiliyyəti əksinə azaldır və bu, ölümə yol açır. 

Yorumlar

Contact for domain: mhmedia@post.com

Bu blogdaki popüler yayınlar

Qadağan olunmuş 10 film - SİYAHI (+18)

Çardağa atılmış köhnə çaynik yarım milyon dollara satıldı (FOTO)