İdeal seks müddəti nə qədərdir?
İdeal seks müddəti nə qədərdir?
Mütəxəssislər seksin düşünüldüyü kimi saatlarla davam etmədiyini və əslində bunun gərəksiz olduğunu açıqlayıb. “İdeal seks uzun müddət sürməlidir” deyə düşünürsünüzsə, yanılırsız. Bir çox kişi və qadınlar gecə boyunca davam edən seks fantaziyalarına inanır, məqam yetişdiyi anda isə tam əksi olduğunu görürlər.
Cebhe.info xəbər verir ki, türk mütəxəssislərinin araşdırması nəticəsində məlum olub ki, cinsi əlaqənin tərəflərin razı qalması ilə bitməsi daha önəmlidir.
Cinsi əlaqənin tez bitməsi önəmli deyil, cütlüyün cinsi əlaqədən sonra bu haqda danışması mənasızdır. Adətən bizim cəmiyyətdə cinsi əlaqənin uzun sürməsi kişilər üçün güc göstəricisidir, ancaq bunun heç bir mənası yoxdur. Çünki cinsi əlaqədə əsas olan cütlüyün orqazm yaşamasıdır. ABŞ və Kanadada 10 il ərzində aparılan araşdırmalar göstərib ki, seks üçün 4 dəqiqə yetərli hesab edilir.
10 dəqiqə davam edən seks ideal, 13 dəqiqədən daha uzun davam edən seks isə yorucudur.