loading...
Sayta dəstək üçün reklamlara tıklamağı unutmayın :)

Emissiya nədir?

Emissiya nədir?
Səhm emissiyası nədir? İqtisadiyyatla o qədər də əlaqəsi olmayan insana sizcə, bunu necə aydın dildə izah etmək olar? Əgər kifayət qədər sadə şəkildə izah etmək istəsək onda səhmlərin emissiyası sadəcə emitent (səhmdar cəmiyyət) tərəfindən yeni səhmlərin buraxılması prosesidir. Qiymətli kağızların emissiyası ilə bağlı konkret sistem vardır və o qanunvericiliyin nəzarəti altındadır.

Çap edilmiş səhmləri mütləq bazarda yerləşdirmək lazımdır. Səhm emissiyası vasitəsi ilə asanlıqla investisiya üçün lazım olan kapitalı əldə etmək olar. Həmçinin həmin məbləği mövcud fəaliyyət sahələrinin maliyyələşdirilməsi ya da istehsalatın genişləndirilməsi və artırılmasına yönəltmək mümkündür.

Emissiyanın müsbət tərəfləri – mütəmadi aylıq ödənişlərin həyata keçirilməsi tələblərinin olmamasıdır ( nümunə üçün, bank kreditlərindən fərqli olaraq). Amma çatışmayan tərəf kimi onu qeyd etmək olar ki, səhm alan hər bir kəs bu və ya digər dərəcədə sahibkara çevrilir. Onlar kompaniyanın balaca bir hissəsinin sahibi olur, müəssisənin, o cümlədən emitentin fəaliyyətinə təsir göstərir.

Emissiya adətən nizamnamə kapitalının həcminin artırılması tələb olduqda və ya köhnəlmiş səhmlərin denominasiyası lazım gəldikdə həyata keçirilir. Bu əsasən müəssisənin – emitentin əsas vəsaitlərinin indeksləşməsi zamanı lazım gəlir.

Səhmlərin emissiyasının iki növü vardır: Səhmlərin ilkin açıq yerləşdirilməsi (qeydiyyatdan keçənə qədər təsisçilər tərəfindən verilən proqnozlar) və təkrar, bu rəsmi qeydiyyatdan sonra emitentin özü tərəfindən həyata keçirilir.

mənbə: banker.az

Yorumlar

Contact for domain: mhmedia@post.com

Bu blogdaki popüler yayınlar

Qadağan olunmuş 10 film - SİYAHI (+18)

Çardağa atılmış köhnə çaynik yarım milyon dollara satıldı (FOTO)