loading...
Sayta dəstək üçün reklamlara tıklamağı unutmayın :)

İldə 200 kitab oxumaq elə də çətin deyil

Kitab oxumaq
Hər gün 500 səhifə oxuyun. Bilik bu şəkildə inkişaf edir. Yavaş-yavaş yığılır, eynən mürəkkəb faiz kimi. Bunu hamı edə bilər, ancaq əminəm ki, hər kəs etməyə cəhd etməyəcək.

Hər gün 500 səhifə oxuya bilməsə də, Charles Chu iki il ərzində 400 kitab oxuyur. Charles Chu bu qədər kitab oxumağın həyatında ən vacib qərarlarından biri olduğunu deyir. O, həm də kitab oxuduqça daha çox səyahət etmək istədiyini deyir.

1. Çox kitab oxumağı gözünüzdə böyütməyin
“Mən çox məşğulam”, “Kitablar mənə görə deyil”, “Mən bu qədər ağıllı deyiləm” deməyin. Warren Buffet’in də dediyi kimi daha çox kitabı sadəcə istəmədiyiniz üçün oxuya bilmirsiniz.

2. Kiçik riyazi hesablama ilə bunun mümkün olduğunu başa düşəcəksiniz
İldə 200 kitab oxumaq nə qədər vaxtınızı alacaq? – Bu iki statistikanı bilmək işinizi biraz da asanlaşdıracaq.

Yaxşı bildiyimiz bir dildə ortalama olaraq, dəqiqədə 200-400 söz oxuyuruq. Qeyri-bədii kitab isə təxminən 50.000 sözdən ibarət olur. Bu hesabla, ildə 200 kitab oxumaq üçün 417 saata ehtiyac var.

3. Vaxtınızı düzgün planlaşdırın
İldə 417 saat çox görünə bilər. Ancaq digər məşğuliyyətlərə ayırdığınız vaxtla müqayisə etsəniz əslində elə də böyük rəqəm olmadığını görəcəksiniz. Məsələn, sosial şəbəkələrdən aktiv istifadə edən bir insan il ərzində 608 saat xərcləyir. Orta statistik bir insanın televiziya qarşısında keçirdiyi vaxt isə təxminən 1642 saatdır.

4. Kitabı həyatınızın mərkəzinə yerləşdirin
Kitablar nə qədər çox qarşınıza çıxsa, kitab oxumağa olan həvəsiniz o qədər artacaq. Çalışın kitablar evdə, işdə, səyahətdə hətta telefonda belə gözünüzün qarşısında olsun. Beləliklə, kitabı həyatınızın mərkəzinə yerləşdirmiş olacaqsınız.

5. Hər mövzuya açıq olun
Oxuduğunuz hər kitab sizə yeni şeylər öyrədəcək. Oxuduğunuz hər roman sizə görmədiyiniz yerlərə aparır, yeni qəhrəmanları kəşf etməyinizə kömək edir. Orhan Pamuk’un da dediyi kimi:

"Bir kitab oxudum və bütün həyatım dəyişdi."

6. Kitab oxumaq üçün xüsusi vaxt seçməyin
Yatmaqdan əvvəl yataqda, tualetdə, avtobusda, kitab oxumaq mümkündür. Boş vaxtlarınızı kitab oxumaqla dolduraraq həm daha səmərəli vaxt keçirəcəksiniz həm də hədəflədiyiniz kitab sayına çatmaq mümkün olacaq.


Yorumlar

Contact for domain: mhmedia@post.com

Bu blogdaki popüler yayınlar

Qadağan olunmuş 10 film - SİYAHI (+18)

Çardağa atılmış köhnə çaynik yarım milyon dollara satıldı (FOTO)