Dünyanın ən güclü 10 bombası - FOTOLAR


Dünya hər an  müharibə olacağı narahatlığı ilə yaşayır. Belə bir zamanda Suriyada, Əfqanıstanda atılan bombalarla bağlı bir-birindən fərqli məlumatlar yayılır. Şimali Koreyanın nüvə sınağının yeni müharibəyə yol açacağı ehtimalı günbəgün güclənir.

İnsanlıq tarixinin ən güclü 10 bombası:

10. "Uraqan" atom bombası. 
1952-ci ildə Böyük Britaniyada keçirilən ilk nüvə sınağıdır. Partlayışın gücü 25 kiloton olub. O qədər güclü olub ki, hətta atıldığı gəmini də zədələyib. Partlayışın hündürlüyü 3 km olub və güclü külək nəticəsində daha yüksəyə qalxmasının qarşısı alınıb. 
9. “Gombul" atom bombası. 
Münhetten layihəsi çərçivəsində hazırlanan atom bombasının kod adı idi. ABŞ tərəfindən 1945-ci ildə 9 avqustda Naqasakiyə atıldı. Uzunluğu 3,25 m, diametri 1,54 metr idi. Şəhərdə 80 min nəfərin həyatına son qoydu. Partlayış gücü 21 kilotonn qiymətləndirildi.
8. MK 16 nüvə bombası.
ABŞ-a məxsus ilk termonüvə bombasıdır. Los-Alamoss milli laboratoriyasında hazırlanıb. Uzunluğu 7,54, diametri 1,56 metr olub. 19 ton ağırlığındadır və bu, onu ABŞ ordusunun çəkisin görə ikinci termonüvə silahı edib. Onu ancaq B-36 bombardmançı təyyarəsi daşıya bilərdi. ABŞ ordusunda onu daşıya biləcək ancaq bir belə bombardmançı vardı. 
7. B53 nüvə bombası.
Amerika termonüvə bombasıdır. 1997-ci ilə qədər ABŞ ordusundakı ən güclü nüvə silahı hesab edilirdi. Hazırlanmasına 1955-ci ildə başlanmışdı. Los-Alamoss laboratoriyasında hazırlanıb və Mk.21 və Mk.46-nın konstruksiyasından istifadə olunub. 13 oktyabr 2010-ciu ildə ordu bu silahın məhv edilməsi prosesinin başladığını elan edib. İstifadə ediləcəyi təqdirdə 28,7 km radiusda bütün insanlığı məhv etmək qabiliyyətinə malikdir. 
6. MK 17 nüvə bombası.
Amerika hərbi təchizatında ən güclü silahlardan biridir. 21 ton ağırlığındadır. Partlayışın gücü isə 10-15 meqatonla hesablanır. 1957-ci ildə MK17 bombasından biri B-36 bombardmançısından atıldı və hadisə Kirtland aviabazasında təsadüfən qeydə aındı. Bomba 520 metr yüksəklikdən düşdü, partlamasa belə içindəki partlayıcı bombanı dağıdaraq ətrafa radioaktiv maddələr saçdı.
5. MK-36 nüvə bombası.
Termonüvə strateji bombasıdır. 1957-ci ildə MK-21 MK 36-ya çevrildi. Daha sonra isə MK-42 yaradıldı. Partlayış gücü 9-10 meqatonla hesablanır.
4. "Ayvi mayk" atom bombası.
O, dünyada termonüvə partlayıcısının ilk sınağıdır. 1 noyabr 1952-ci ildə tamamlanıb. Kütləsinə görə praktiki silah kimi istifadəsi mümkün olmadı. Bununla belə 10-12 meqaton partlayış gücünə malikdir.
3. "Kastl Bravo".
1 mart 1954-cü ildə Amerikada sınaqdan keçirilib. "Kastl əməliyyatı" seriyasından birincisi idi. Partlayış gücü 15 meqatonla ölçülüb və bu, ABŞ-ın nüvə sınaqları içərisində ən güclüsü hesab olunur. Partlayış ətraf mühitə güclü radiasiya dalğası yaydı. Bu sınaqdan sonra dünyada nüvə silahlarına olan münasibət kəskin dəyişməyə başladı.
2. B-41 nüvə bombası.
25 meqaton partlayış gücünə malikdir və bununla da Amerika istehsalı olan ən güclü termonüvə bombası hesab edilir. Orduya 1961-ci ildə qəbul edilib. O, indiyə qədərki ən effektiv nermonüvə silahı hesab edilir.
1. "Çar bomba". AH 602.
Termonüvə aviasiya bombasıdır. SSRİ-də 1954-61-ci illərdə hazırlanıb. SSRİ-nin məşhur akademiki Kuratovun rəhbərlik etdiyi heyət onun üzərində uzun müddət işləyib. İnsanlıq tarixinin ən güclü partlayıcı qurğusudur. Patlayış gücü 58,6 meqaton olub. Onun hazırlanmasında Saxarov, Adamski, Babayev, Smirnov kimi alimlər iştirak edib. Xruşşov ondan Amerikanı hədələmək üçün dəfələrlə istifadə edib. 

mənbə: cebhe.info