Rusiya haqqında maraqlı faktlar

Rusiya haqqında maraqlı faktlar
Yaxın qonşumuz Rusiya haqqında çox şeyi bildiyimizi güman edirik. Əslində isə belə deyil. 

Məsələn, yeni qanunla Rusiyada uşaqlarla homoseksuallar haqqında danışmaq qadağandır. Bunu edənlər haqqında "gənclərə homoseksualizmi həvəsləndirmək" ittihamı ilə məhkəmə qurula bilər. 

Rusiya haqqında maraqlı məlumatları təqdim edirik:
Rusiyada qadınların sayı kişilərdən 9 milyon nəfər çoxdur. 
Rusların üçdə biri Günəşin Yer ətrafında fırlandığını güman edir. 
Varlı ruslar nəqliyyatdakı tıxaclardan qaçmaq üçün saxta "təcili tibbi yardım" avtomobillərindən istifadə edirlər. 
Bir əfsanəyə görə, Rusiyada heç kimin yerini bilmədiyi və xəritələrdə da olmayan 15 gizli şəhər mövcuddur. 
Rusiyada küçədə çirkli maşın sürmək olmaz, polis cərimə yaza bilər. 
Qərbi Sibirdə yerləşən Megion bölgəsinin qubernatoru Megionda "bəhanə istehsal edilməsini" qadağan edib. 
Orta hesabla bir rus ildə 18 litr spirt istehlak edir. Bu nisbət mütəxəssislərin fikrincə, təhlükə həddinin iki qatıdır. 
Rusiyada iqtisadi böhran vaxtlarında məktəb müəllimləri ödəmələrini araq ilə ala bilər. 
ABŞ Alyaskanı 1867-ci ildə Rusiyadan 7.2 milyon dollara satın alıb. 
Pivə Rusiyada 2011-ci ilə qədər spirtli içki hesab edilmirdi. Müvafiq qanun dəyişənə qədər 10 faiz spirt dəyərindən aşağı olan içkilər "alkoqollu" sinfinə daxil olmurdu. 
Sibir regionu Rusiyanın 77 faizini əhatə edir. 
Rusiyanın ərazisi Pluton planetindən daha böyükdür: 17km2 - 16.6 km2. 
Rusiya-ABŞ sərhədinin ən yaxın olduğu yer olan Diomede adalarının arasındakı məsafə sadəcə 4 kilometrdir. Kiçik Diomede adası ABŞ sərhədləri daxilindədir, Böyük Diomede adası isə Rusiyaya məxsusdur. 
I Pyotr zamanında Rusiyada "saqqal vergisi" adlı bir vergi toplanırdı. Ölkədə saqqal saxlayan hər kəs bu vergini verməyə məcbur idi. 
Rusiyada yerləşən Qaraçay gölü dünyanın ən radioaktiv və çirkli gölü olaraq qalır.
Rusiyada bəzi muzeylərdə incəsənət əsərlərinə gəmiricilərin zərər verməməsi üçün pişik saxlanılır. 
Rusiya və Yaponiya 2-ci dünya müharibəsindən sonra sülh sazişi imzalamayıblar. Çünki Yaponiyaya məxsus Kuril adaları hələ də Rusiya nəzarətində qalıb. 

mənbə: cebhe.info