Avropanın ən məşhur avtomobilləri - SİYAHI

Avropanın ən məşhur avtomobilləri 
Mütəxəssislər Avropa bazarında iyunun yekunlarına görə, ən çox satılan avtomobilin adını açıqlayıb.
SSRİ rəhbərlərinin avtomobilləri - FOTOLAR
“JATO Dynamics” araşdırma şirkətinin statistikasına əsasən, qitənin ən populyar avtomobili 44684 satış göstəricisiylə “Volkswagen Golf”dur.

İkinci yeri “Renault Clio” (36134), üçü isə “Volkswagen”in başqa bir modeli “Polo” (32021) tutub. Növbəti pillələrdə “Opel/Vauxhall Corsa” (24382), “Renault Captur” (23963) qərarlaşıb.

İlk onluqda “Peugeot 208” (22974), “Ford Fiesta” (22445), “Ford Focus” (22377), “Skoda Octavia” (22376) və “Nissan Qashqai” (22339) yer alıb.

mənbə: publika.az