maraqlı
Bakirəliyini satıb pul qazanan qızlar - FOTOLAR
![]() |
Bakirəliyini satıb pul qazanan qızlar |
19 yaşlı Sidney sakini “Locanto” saytında öz bakirəliyini satışa çıxarıb. Alıcı bunun üçün ən azı 250 min dollar ödəməli olacaq. Lakin elanda bildirilir ki, “malı” almazdan əvvəl, kişi bir neçə şərtə də əməl etməlidir. Və qəribədir ki, bu cür spesifik malın daim öz alıcısı olur və kişilər astronomik məbləğdə pul ödəməyə hazırdırlar. Bizim dəyərlərə yad olan bu cür əcaib hadisələr dünyada ilk dəfə deyil ki, baş verir.
Məsumluğunu hərrac vasitəlisə satışa çıxaran bir neçə qız haqqında icmalı təqdim edirik:
Keti Kiblerson
2004-ci ildə Texas sakini 24 yaşlı Keti Kiblerson o zaman üçün özünəməxsus rekord vurdu - öz məsumluğunu 100 min dollar məbləğində satmağa qərar verdi. Bu elan eBay hərracında çıxdı, düzdür, bir müddət sonra məşhur saytdan silindi və məlum olmadı ki, bakirəliyin sahibi onu daha baha satmaq üçün digər belə ticarət meydançalarından istifadə etdi, ya yox. Qız öz “xəzinəsini” satışa çıxarmasını borclarının çox olması ilə əlaqələndirirdi. Eyni zamanda elanda xahiş edilirdi ki, onun ilk kişisi pozğun, manyak biri olmasın, yumşaq və xeyirxah insan olsun və intim münasibətlərin bütün gözəlliyini ona göstərsin.
Rozi Reyd
Bu sövdələşmə də həmin ildə gerçəkləşdi. 18 yaşlı London sakini öz bakirəliyini 44 yaşlı kişiyə satdı. Telekommunikasiya şirkətinin mühəndisi olan kişi, bunun üçün 13 min dollara rəhm etmədi. Rozi yazırdı ki, bu, onun cinsi təcrübəsində ilk kişi idi. Qız hesab edirdi ki, müqaviləyə görə, öz tərəfdaşına yarınmaq maksimum olmalıdır, axı o, pul ödəyib. Buna görə də, həyəcan onu rahat buraxmırdı. İlk təcrübə dəhşətli idi, axı o, əsəbləşirdi və qorxurdu. Mehmanxana nömrəsinin qapısının arxasında onu rəfiqəsi gözləyirdi. Qazanılan məbləği Rozi, təhsil borcları üçün sərf edib.
Qrasiela Yatako
Lima şəhərindən olan perulu model öz məsumluğunu 2005-ci ilin mart ayında hərraca çıxarıb. Onun ailəsinin pula kəskin ehtiyacı var idi, anasının müalicə olunması üçün isə dərman tələb olunurdu. Qız qərar verdi ki, özünü hərraca çıxarsın. Amma bütün katolik Peru ictimaiyyətində, belə qərar ciddi qınaq doğurdu və qız öz elanını geri götürdü. Lakin gələn təkliflər içərisində bir kanadalı ona 1,5 milyon dollar təklif etmişdi, amma Qrasiela nümayişkaranə şəkildə bundan imtina etdi.
Natali Dilan
Ehtiraslı gözəlçə 2008-ci ildə leqal bordel (fahişəxana) “Moonlite Bunny Ranch”ın köməyi ilə öz bakirəliyini hərraca çıxarıb. Gözlənilmədən Natali 3,7 milyon dollar məbləğində cəlbedici təklif alıb. Bu məbləğ, ona, arzuladığı magistr dərəcəsini almaq üçün kifayət edən məbləğdən 2 min dəfə böyük idi. Bu addımı atmağa böyük bacısı Avia nümunə olmuşdu - üç həftəlik fahişəlik müddətində o, təhsil almaq üçün bir neçə min dollar qazana bilmişdi. Hərracın detalları haqqında 22 yaşlı qız Hovard Sternin teleşousunda danışıb. O qeyd edib ki, bunu alçaldıcı hərəkət hesab etmir. Natali eyni zamanda, bundan əvvəl cəmisi iki oğlanla görüşdüyünü, lakin onların səbrli olub “uzağa getmədiklərini” bildirib.
Alina Perça
Bu 18 yaşlı qız da təhsil haqqını ödəmək üçün öz məsumluğunu hərrac vasitəsilə satmaq qərarına gəlir. Alina doğma Rumıniyadan Almaniyaya gedir, lakin dili pis bilmə səbəbindən heç restoranda da işləyə bilmir. Onu, bakirəliyini satmağa Natali Dilanın satış tarıxçəsi ruhlandırıb. Alina hərracdan təxminən 70 min dollar almağı planlaşdırırdı. Lakin gənc rumın qız yalnız 14 min dollar təklifi aldı. “Qalib” 45 yaşlı italiyalı kişi idi. O, Alina üçün Venesiyaya qədər bilet pulunu da ödəmişdi. Eyni zamanda iki tibbi müayinədən keçərək, qız öz məsumluğunu sübut edib. Bu romantik şəhərdə cütlük, görməli yerlərə baxandan sonra gecələmək üçün hotelə gediblər. Alina bildirirdi ki, kişi onun xoşuna gəlib və onunla yaşamaq yaxşı təsir bağışlayıb. Ümumiyyətlə, o, öz yaşından xeyli cavan görünürdü. Öz növbəsində, italiyalı, onu kompliment atəşinə tutub, amma ailəsi haqda danışmamağa üstünlük verib.
Raffaella Fiko
20 yaşlı italiyalı model "Böyük Qardaş" realiti-şousunun sayəsində məşhur olub. 2009-ci ildə qız öz məsumluğunu hərraca çıxarıb. Raffaella verilişdə bildirib ki, pulu Romada mənzil sahibi olmaq və aktyor təhsili almaq üçün xərcləyəcək. Buna görə o, 1,8 milyon dollar ödəmək qabiliyyətli, gözəl bir kişi axtarışında idi.
Yeni Zelandiyalı bu zavallı tələbənin mətbuata yalnız təxəllüsü məlumdur. O, universitetdə təhsil haqqı üçün öz bakirəliyini satmaq qərarına gəlib. Hərracda cəmisi 1200 adam iştirak edib, hərçənd baxanların sayı 30 mindən yuxarı olub. Beləliklə, sonuncu təklif 32 min dollar təşkil edib. Məmnun olan Unigirl qeyd edib ki, bu, hətta onun arzuladığından da çoxdur. 19 yaşlı qız hərracın bütün iştirakçılarına nəzakətlə təşəkkür edib. Düzdür, bütün bu əhvalat Yeni Zelandiya cəmiyyətində dedi-qodu yaratdı – mühafizəkar Yeni Zelandiya ortamı hesab edirdi ki, bakirəliyin satılması presedent ola bilər.
Katarina Miqliorini
Braziliyalı tələbə, 20 yaşlı Katarina öz bakirəliyini 2012-ci ildə böyük məbləğə - 780 min dollara sata bildi. Gərgin keçən hərracda yaponiyalı Natsu adlı kişi Amerika və Hindistan təmsilçisini üstələyə bildi və onlayn-hərracın qalibi oldu. Gənc Katarina iddia edir ki, bu addımın fahişəliklə heç bir əlaqəsi yoxdur. O, məsumluqla vidalaşmağa qərar verməsini dünyanı yaxşılığa doğru dəyişmək istəməsilə bağlayır. Belə ki, aldığı pulu öz doğma şəhərinin yoxsul ailələri üçün evlərin tikintisinə sərf etmək niyyətindədir. Bütün bunları qız Avstraliya çəkiliş qrupuna danışıb. Bununla o, ictimaiyyətə bir növ qarant duraraq, bütün vəsaitin xeyriyyəçiliyə sərf ediləcəyinə dair əminlik yaradıb.
mənbə: publika.az