maraqlı
Həbsxanada düzəldilən ən qorxulu silahlar
![]() |
Həbsxanada düzəldilən ən qorxulu silahlar |
Həbsxanadakı boş vaxtları qiymətləndirmək üçün bəzi məhkumlar olduqca fərqli bir yol seçir. Bu məhkumlar həbsxana rəhbərliyindən gizli olaraq məhdud imkanlarla təhlükəli silahlar hazırlayırlar.
1 - Qamçı: Üzərinə ülgüc əlavə olunan qamçı yataqxanadakı axtarış zamanı ələ keçirilib və məhkumun cəza almasına səbəb olub.
2 - Karton tapança: Hobbi olaraq maket düzəldən məhkumlar real silahların eynisini kortondan yarada bilirlərmiş. İşlək olmasa da, həqiqi görünüşlü silahlar nəzarətçiləri qorxutmaq üçün işə yarayıb.
3 - Pnevmatik tüfəng: 1984-ci ildə metal çarpayı dirəklərindən və pərdələrdən düzəldilən pnevmatik tüfəng üçün barıt kimi kibrit uclarından toplanan güllə istifadə edilib. İki məhkum düzəltdikləri tüfənglə nəzarətçini girov götürüb həbsxanadan qaçıblar.
4 - Simli silah: Kanadada bir məhkum həbsxanadan qaçmaq üçün düzəldib. 10 diş fırçası, 1 alışqan, bir parça batareya, sim asılqan kimi materiallardan istifadə edərək yaratdığı simli silah məhkum məqsədinə çatmamış ələ keçirilib. Silah muzeydə sərgilənir.
5 - Əldəqayırma bomba: Ona həbs cəzası verən hakimi öldürmək istəyən bir məhkum tərəfindən hazırlanıb. Bombanı hakimin evinə göndərən məhkum məqsədinə çata bilməyib.
6 - Saxta "Kalaşnikov": Silahı yaratmaqda məqsəd nəzarətçiləri qorxutmaq və cəzaçəkmə müəssisəsindən qaçmaq idi. Ancaq nəzarətçilər qaçışla bağlı məlumat aldıqları üçün axtarış apararaq silahı müsadirə ediblər.
7 - Təraş bıçaq-darağı: Məhkum sadə bir daraqdan istifadə edərək sadə bir silah düzəltmişdi. Darağın içinə ülgüc yerləşdirərək yaradılan silah məqsədinə çatmadan ələ keçirilib.
8 - Tualet kağızından bıçaq: Çox insana mənasız gələ bilər, ancaq ABŞ-dakı bir məhkum belə silah düzəltmişdi. Tualet kağızından düzəldilən bıçaq da təhlükəli olub və əl qoyulan silahlar arasında yerini alıb.
mənbə: cebhe.info