Milyarderlərin qəribə adətləri - FOTOLAR

Milyarderlərin qəribə adətləri
Milyarderlərin qəribə adətləri
Onlar dünyanın ən varlı adamlarıdır. Dünya onların sərvətini müzakirə edir. Ancaq müzakirə obyekti təkcə pulları deyil, həm də qəribə davranışlarıdır.

Dünyanın ən varlı adamlarının ilginc xüsusiyyətlərini təqdim edirik:

1. Facebook-un yaradıcısı Mark Zukerberq gənc yaşında 50 milyard dollar sərvətə sahib olub. Ancaq paltara pul xərcləmir, eyni geyimləri günlərlə geyinir. 7 milyon dollarlıq evdə yaşayır, ancaq 30 minlik maşın sürür. 

2. İKEA-nın sahibi İngvar Kamprad 91 yaşındadır və 39 milyard sərvəti var. Bu qədər var-dövlətə baxmayaraq, şirkətinin yeməkxanasında yeyir. Yeməyin yanındakı paket duz və bibəri də evinə aparır. İsveçli milyarder zamanı olanda avtobusa minir, özəl maşını isə Volvo 240. Kağızların hər iki üzündən istifadə etməyi məcbur edir. 

3. Hindistandan olan iş adamı Azim Premji də varlı və xəsislərdəndir. 17 milyard dolları var, 175 min işçisi olan şirkətdə tualet kağızlarnın necə işlədildiyinə özü şəxsən nəzarət edir. İşdən çıxanda bütün işıqların söndürülməsinə də nəzarəti ancaq özünə etibar edir, ikinci əl maşınlarda gəzir. 

4. 15 milyard dolları olan 64 yaşlı Çarli Ergen “Dish Network”un sahibidir. Gunorta evdən gətirdiyi yeməyi yeyir. Ekonom klasda uçur. İşçilərin işə gecikməməsinə barmaq izi ilə işləyən aparatla nail olub. İşə vatında gələn əməkdaşları ildə bir dəfə tətilə aparır. 

5. Varen Buffet 70 milyard dollar sərvəti ilə dünyanın ən varlı 5 nəfərindən biridir. 1958-ci ildə 31 min dollara aldığı evdə yaşayır. Mobil telefondan istifadə etmir, ofisində komputer saxlamır. Gündə 5 qutu Coca-cola içir. 

6. Cudi Fauklnerin 2,5 milyard dollar sərvəti var. 73 yaşlı bu iş adamı həyatı boyunca maşınını ancaq 2 dəfə dəyişdirib. Sonuncu maşını ikinci əldir. 30 ildir əri ilə eyni evdə yaşayır. Şirkətinin səhmlərinin 70 faizi əməkdaşlara və ailələrinə məxsusdur. Qalan sərvətini isə xeyriyyə təşkilatlarına vəsiyyət edib. 

mənbə: cebhe.info