Stalinin qadın snayperi: Roza Şanina - FOTOLAR

Roza Şanina
Onun adı tarixin ən məşhur və kəskin snayperlərindən biri kimi çəkilir. Adına "ölüm mələyi" də deyirlər.

Roza Şanina Sovetlərin gözəl ölüm mələyi olaraq adını tarixə yazdırıb. Rəsmi sənədlərdə 59 nəfəri öldürdüyü bildirilir. Ancaq bu rəqəm daha da çox ola bilər. Gözəlliyinə və məsum görünüşünə baxmayaraq gözündən heç bir kəs yayınmazdı. 

1941-ci ildə böyük qardaşının "qara kağızı" gəldikdən sonra Roza cəbhəyə yollanır. Qısa müddətdə onda əsl snyaper xarakteri və bacarığı aşkarlanır. O, SSRİ-nin ilk qadın snayperi idi və 3-cü Belarus cəbhəsində uğurlarına görə  medal da almışdı.

Barəsində məlumat çox tez bir zamanda yayıldı. Almanlar onu axtarırdılar. Kanadada dərc olunan bir qəzet Rozanı "Şərqi Prussiyanın görünməz terroru" adlandırırdı. Roza müharibə boyanca yazdığı gündəliyində şəxsi məsələlərə də yer ayırmışdı. Belə ki, Nikolay adlı birini sevdiyini, ancaq bərabərlik və ya evlilik düşünəcək zamanın olmadığını yazmışdı. 

Baqration Hərəkatı başlayanda snayperlərin geri çəkilməsi qərara alındı. Roza bununla razılaşmadı, cəbhəyə getmək arzusunu bəyan etdi. Onun bu istəyi rədd edildi, ancaq Roza gözlənilmədən qərar verdi və cəbhəyə getdi. Bu hərəkəti ona baha başa gəldi, cəzalandırıldı. Ancaq xidmətləri nəzərə alınaraq hərbi tribunala verilmədi.  Deyilənə görə, onu Stalin müdafiə edirdi. İki dəfə Stalinə məktub yazaraq cəbhəyə getmək istəyini bildirdi. 

1945-ci il 27 yanvarında ağır yaralandı. Hərbi mənbələrə görə, yaralı topçunu ölümdən qorumaq üçün özünü sipər etmişdi. Ancaq aldığı güllə yarası nəticəsində bağırsaqları yerə tökülmüşdü. Sinəsi az qala iki yerə ayrılmışdı. Səhəri gün Roza vəfat etdi. 1963-cü ildə gündəliyi kitab kimi çap edildi. Adı küçələrə verildi, ikinci dəfə məşhurlaşdı.


mənbə: cebhe.info