XX əsrdə ABŞ-da qadınlar üçün 9 qadağa - FOTOLAR

XX əsrdə ABŞ-da qadınlar üçün 9 qadağa
Müasir dünyada cinsiyyət ayrı-seçkiliyi hələ də fakt olsa da, ümumilikdə, qadın və kişi bərabərliyi üçün bir çox işlər görülüb.

Dünyanın super dövləti kimi ad çıxaran Amerika Birləşmiş Ştatlarında (ABŞ) 50 il əvvələ qədər təkcə qadınlara xüsusi tətbiq olunan, olduqca maraqlı qadağalar var idi.

Həmin qadağalardan 9-u haqqında məlumatı təqdim edirik:

1. 1975-ci ilə qədər ABŞ-da qadınlar məhkəmədə hakim ola bilməzdilər. Qadınların hakim olmaması üçün duyğusal olduqları əsas gətirilsə də, digər tərəfdən də məhkəmədə keçirəcəkləri zaman ərzində ev işlərindən uzaq qalmalarından qorxurdular.

2. 1957-ci ildə ABŞ-da hamiləliyə qarşı həbin ancaq məcburi xəstəlik hallarında istifadə edilməsinə icazə verilmişdi. Bir qədər keçdikdən sonra yalnız evli qadınların istifadə etməsinə icazə verilib. Daha sonra isə qadağa tamamilə götürüldü.

3. 1920-ci illərdə ABŞ-da qadınların müəyyən uzunluqdan qısa paltar geyinməsinə qadağa var idi. Hətta, buna görə, avstraliyalı üzgüçü ABŞ-da həbs olunmuşdu.

4. 1978-ci ildən əvvəl ABŞ-da hamilə qadınların işləməsi qeyri-rəsmi olaraq qadağan olunmuşdu. İşəgötürənlər hamilə qadınları hamilə olduqları səbəbilə işdən çıxarırdılar. 1978-ci ildə doğuş icazəsinin verilməsilə bu problem aradan qaldırıldı.

5. 1908-ci ildə Nyu-Yorkda qadınların açıq yerlərdə siqaret çəkməsi qadağan idi. Yəni, restoranlarda, hotellərdə və barlarda siqaret çəkə bilməzdilər. Təbii ki, bu, yalnız qadınlara üçün bir qadağa idi və 1927-ci ilə qədər bu qadağa davam edib.

6. 1972-ci ilə qədər qadınların Boston marafonunda qaçmalarına qadağa var idi. Buna baxmayaraq, 1966-ci ildə Roberta Bobbi Gibb bu qadağanı pozaraq marafonda qaçdı.

7. 1979-ci ilə qədər ABŞ-da kosmonavt olmaq üçün müraciət edən qadınlara NASA-dan "Qadınlar üçün ayrı bir proqramımız yoxdur, belə bir planımız da yoxdur" şəklində cavab verilirdi. 1979-cu ildə bu qadağa ləğv olunub.

8. 1930-cu illərdə ABŞ-da qadınların döyüş olimpiya oyunlarını izləməsi qadağan olunmuşdu. Olimpiyadada döyüşən həyat yoldaşı olsa belə baxa bilmirdilər.

9. 1960-cı illərdə ABŞ-da qadınların kredit kartı sahibi olması qeyri-mümkün idi. Ancaq evli qadınlar kredit kartı sahibi olurdu ki, o da ancaq həyat yoldaşının razılığı və imzası olsaydı...

mənbə: cebhe.info