“Android” telefonlar üçün XƏBƏRDARLIQ

“Android” telefonlar üçün XƏBƏRDARLIQ
“Android” əməliyyat sistemi ilə işləyən telefonlar üçün yeni təhlükə yaranıb.

Telefonlara yükəndikdən sonra gizlicə səs qeydləri yazan 4 mindən çox "Android" proqramı aşkar edilib.

Bu iddia proqramların təhlükəsizliyini yoxlayan “Lookout” firması tərəfindən qaldırılıb. Şirkət iddia ilə bağlı sənədlər yayımlayıb. Sənədlərdə, adətən, 1000-5000 arası istifadəçi tərəfindən yüklənən proqramların bir istifadəçi adından digərlərinə gizli qısa mesajlar göndərildiyi də bildirilib.

mənbə: publika.az