maraqlı
Cənnətdə evlilik olacaqmı? - İlahiyyatçı cavab verdi
![]() |
Cənnətdə evlilik olacaqmı? - İlahiyyatçı cavab verdi |
Cənnətdə evlilik olacaqmı?
Çoxlarını düşündürən bu sualı Türkiyənin məşhur ilahiyyatçı professoru Nihat Hatipoğlu cavablandırıb. O, axirət həyatına dair bilinməyənlərə aydınlıq gətirib.
Qeyd edib ki, axirətdə ər-arvad bir araya gələcək:
"Çünki axirət aləmi dünya aləminin davamıdır. Dünyada insanı xoşbəxt edən nə varsa, axirətdə də bunun eynisi var. Ata, ananız üçün darıxır, onları yanınızda görmək istəyirsiniz, axirətdə onlar yanınızda olacaqlar. Nənələr və babalar, görmədiyiniz babalarınız. Allah kiçikdən böyüyə qədər bütün ailə üzvlərini toplayacaq. Çünki cənnət üzüntü, ah-nalə, kədər yeri deyil. Cənnət ərbabını xoşbəxt edəcək nə varsa, orda onlara veriləcək.
Bu səbəblə də genişliyi yer və göylər qədər olan cənnətə tərəf yürüyün. O aləmdə əlbəttə ki, evlilik olacaq. Xoşbəxtliyinizin artması üşün bu evlilik davam edəcək. Adamlar dünyadakı yarları ilə bir araya gələcəklər".
mənbə: cebhe.info