Dünyanın ən qısa ömürlü dövlətləri - FOTOLAR

Dünyanın ən qısa ömürlü dövlətləri 
Kataloniyanın müstəqilliyinin müzakirə edildiyi bu günlər ağıllara daha öncə baş vermiş bənzər olayları gətirdi. Tarixdə indiyədək bir çox dövlət qurulub. Amma onlardan bəzilərinin ömrü çox qısa olub. Hətta, 6 saat yaşayan bir dövlət var. 

Dünyanın ən qısa ömürlü 12 ölkəsini təqdim edir:

Demokratik Federal Rusiya Respublikası
Demokratik Federal Rusiya Respublikası

19 yanvar 1918-ci ildə qurulub. Ömrü sadəcə 6 saat olub. 19 Ocak 1918'de kuruldu. Omru sadece 6 saat surdu. Rusiya Sovet Federativ Sosialist Respublikasının yerində qurulmuşdu. 6 saatlıq dövlətin yerində Sovet İttifaqı qurulub.

Kataloniya dövləti
Kataloniya dövləti

6 oktyabr 1934-cü ildə elan edilib, ömrü 9 saat sürüb. İkinci İspaniya Respublikasından ayrılaraq müstəqillik elan edib, lakin 9 saat sonra yenidən bu ölkənin bir parçası olub.

Əmirliklər

Əbu Dabi Əmirliyi, Dubay Əmirliyi, Şarja Əmirliyi, Umm al-Quvain Əmirliyi, Fucayrah Əmirliyi və Ayman Əmirliyi... 1 dekabr 1971-ci ildə qurulublar, səhəri günü süqut edərək Birləşmir Ərəb Əmirliklərinin bir parçası olublar.

Benin Respublikası

19 sentyabr 1967-ci ildə qurulub, səhəri gün ömrü başa çatıb. Biafradan ayrılmışdı, Nigeriyaya qoşulub.

Qeyd edək ki, Biarfa 1967-ci ildə Nigeriyadan ayrılaraq müstəqilliyini elan edib. Bundan sonra başlayan və 3 il davam edən Biarfa müharibəsi nəticəsində 1970-ci ildə ləğv edilərək yenidən Nigeriyaya birləşib.

Karpat Ukraynası
Karpat Ukraynası

15 mart 1939-ci ildə qurulub, bir gün sonra süqut edib. Çexslovakiyadan ayrılıb, Macarıstan Krallığına birləşib.

Krım Respublikası
Krım Respublikası

5 may 1992-ci ildə Ukraynadan ayrılaraq müstəqilliyini elan edib, bir gün sonra yenidən Ukraynanın bir parçası olub.

Krım Respublikası 2

17 mart 2014-cu ildə Ukraynadan ayrılaraq müstəqilliyini elan edib. Lakin bir gün sonra Rusiyaya birləşdiyini açıqlayıb.

Qalitsiya Respublikası
Qalitsiya Respublikası

27 iyun 1931-ci ildə İspaniya Krallığından ayrılaraq müstəqilliyini elan edib. Ertəsi gün İkinci İspaniya dövlətinə qoşulub.

Porto Riko Respublikası
Porto Riko Respublikası

23 sentyabr 1968-cı ildə İspaniya Krallığından ayrılaraq müstəqilliyini elan edib. Ancaq bir gün sonra yenidən İspaniya Krallığının bir parçası olub.

Farer adaları

18 sentyabr 1946-cı ildə Danimarka Krallığından ayrılaraq müstəqil olub. Lakin iki gün sonra yenidən krallığa qoşulub.

Mindanao Federal Respublikası

4 oktyabr 1990-cı ildə Filippindən ayrılıb. İki gün sonra yenidən Filippinin təsiri altına düşüb.

Ploieşti Respublikası

8 avqustda 1870-ci ildə Rumıniya Krallığından ayrılaraq müstəqillik elan edib. 2 gün sonra yenidən krallığa birləşib.

mənbə: qaynarinfo.az