loading...
Sayta dəstək üçün reklamlara tıklamağı unutmayın :)

2018 Dünya Çempionatına vəsiqə qazanan 28 ölkə haqqında STATİSTİKA

2018-ci ildə keçiriləcək 21-ci dünya futbol çempionatına hələlik 28 milli komanda vəsiqə qazanıb.


Həmin komandaların əvvəlki çempionatlarda əldə etdiyi ən yüksək nəticələri diqqətə çatdırırıq:

Braziliya – 20 dünya çempionatında iştirak edib, 5 dəfə çempion olub;

Almaniya – 18 dünya çempionatında iştirak edib, 4 dəfə çempion olub;

Argentina – 16 dünya çempionatında iştirak edib, 2 dəfə çempion olub;

Uruqvay – 12 dünya çempionatında iştirak edib, 2 dəfə çempion olub;

İngiltərə – 14 dünya çempionatında iştirak edib, 1 dəfə çempion olub;

Fransa – 14 dünya çempionatında iştirak edib, 1 dəfə çempion olub;

İspaniya – 14 dünya çempionatında iştirak edib, 1 dəfə çempion olub;

Polşa – 7 dünya çempionatında iştirak edib, 2 dəfə 3-cü yeri tutub;

Portuqaliya – 6 dünya çempionatında iştirak edib, 1 dəfə 3-cü yeri tutub;

Xorvatiya – 4 dünya çempionatında iştirak edib, 1 dəfə 3-cü yeri tutub;

Belçika – 12 dünya çempionatında iştirak edib, 1 dəfə 4-cü yeri tutub;

Cənubi Koreya – 9 dünya çempionatında iştirak edib, 1 dəfə 4-cü yeri tutub;

İsveçrə – 10 dünya çempionatında iştirak edib, 3 dəfə 1/4 finala çıxıb;

Meksika – 15 dünya çempionatında iştirak edib, 2 dəfə 1/4 finala çıxıb;

Kolumbiya – 5 dünya çempionatında iştirak edib, 1 dəfə 1/4 finala çıxıb;

Kosta Rika – 4 dünya çempionatında iştirak edib, 1 dəfə 1/4 finala çıxıb;

Seneqal – 1 dünya çempionatında iştirak edib, 1/4 finala çıxıb;

Nigeriya – 5 dünya çempionatında iştirak edib, 3 dəfə 1/8 finala çıxıb;

Yaponiya – 5 dünya çempionatında iştirak edib, 2 dəfə 1/8 finala çıxıb;

Səudiyyə Ərəbistanı – 4 dünya çempionatında iştirak edib, 1 dəfə 1/8 finala çıxıb;

Mərakeş – 4 dünya çempionatında iştirak edib, 1 dəfə 1/8 finala çıxıb;

İran – 4 dünya çempionatında iştirak edib;

Tunis – 4 dünya çempionatında iştirak edib;

Rusiya – 3 dünya çempionatında iştirak edib;

Misir – 2 dünya çempionatında iştirak edib;

Serbiya – 1 dünya çempionatında iştirak edib;

İslandiya – iştirak etməyib;

Panama – iştirak etməyib.

Rusiya SSRİ-nin, Serbiya Yuqoslaviyanın, eləcə də Serbiya və Çernoqoriyanın varisi kimi tanınır.

SSRİ 7 dünya çempionatında iştirak edib, 1 dəfə 4-cü yeri tutub.

Yuqoslaviya 9 dünya çempionatına qatılıb, 2 dəfə 4-cü yeri tutub, Serbiya və Çernoqoriya 1 dünya çempionatında iştirak edib.

mənbə: novator.az

Yorumlar

Contact for domain: mhmedia@post.com

Bu blogdaki popüler yayınlar

Qadağan olunmuş 10 film - SİYAHI (+18)

Çardağa atılmış köhnə çaynik yarım milyon dollara satıldı (FOTO)