Dünyanın 15 ən maraqlı yeri... - FOTOLAR

Dünyanın 15 ən maraqlı yeri... - FOTOLAR
Dünyanın bir çox yerləri var ki, onlar gözəlliyi və qeyri-adiliyi ilə hər kəsi heyran edir.


Bu fotolarda dünyanın ən gözəl mənzərəli yerləri əks olunub.


Pəri bacaları















Bu qəribə konus şəkilli qüllələr Türkiyənin Kapadokiya bölgəsində yerləşir. Bir neçə milyon il bundan əvvəl püskürən vulkan zamanı ətrafı vulkanik kül bürüyüb, külək və yağış bu yumşaq külü eroziyaya uğradaraq bərk bazalt formalı pəri bacalarını yaradıb. 

Halong körfəzi, Vyetnam
















Bu möhtəşəm ərazi əhəngdaşı dirəkləri, mağaraları və qövsləri ilə əhatələnmişdir. Bu qayalar 500 milyon il bundan öncə dənizin təkrar artıb - azalmasından sonra formalaşmışdır. Bu əraziyə çoxunda insan yaşamayan 1600-dən artıq ada və adacıqlar daxildir. Rəvayətə görə əjdahalar işğalçıları Vyetnamdan uzaqda saxlamaq üçün buranı yaratmışdılar. 
Saxaranın gözü, Mavritaniya
















Rəsmi olaraq “Richat Quruluşu” olaraq bilinən “Sahara Gözü” yuxarıdan bir alma kimi görünür.
Sahara səhrasında yerləşən təxminən 50 km məsafədə kub şəkilli bir qaya formasıdır. Haçansa meteorit düşməsi ilə yarandığı  düşünülsə də, yüksəlmiş qaya parçalarından yarandığı və sonradan eroziyaya məruz qaldığı qeyd edilir. 
Böyük mavi çuxur, Beliz
















Bu nəhəng quyunun son buzlaşma zamanı dənizin səviyyəsinin dəyişməsi ilə suyun altında mövcud olan böyük əhəngdaşı mağarasının dağılması ilə meydana gəldiyi qeyd edilir. 
Mağaradan tapılan böyük stalaqtit və stalaqmitlərdən (yeraltı mağaralarda olan sütünlar) keçmiş dövrün iqlimlərinə aid qiymətli məlumat əldə etmək mümkündür. 
Maori Qaya Parçaları, Yeni Zelandiya
















Nəhəng tısbağa mərmilərini xatırladan bu kürəşəkilli qaya parçaları  Yeni Zelandiyanın Koekohe  çimərliyində yerləşir.  Bu qaya parçaları  60 milyon il əvvəl dəniz dibinin çöküntülərində formalaşmağa başlamışdır. İncinin bir qum dənəsi ətrafında yığılması kimi  karbonatlar da mərkəzi bir nüvə ətrafında birləşmişdir.  Maori inanclarına görə bu qaya parçaları bir yelkənli qayığın qəzaya uğraması nəticəsində sahilə çıxan balqabaq və ilanbalığı səbətlərin qalıqlarıdır. 

Göyqurşağı dağları, Çin
















Bu Göyqurşağı dağları dağılmış rəsm boyasına bənzəyir. Çinin Qansu əyalətində tapılan Göyqurşağı dağlarının (Danxia) relyef forması milyonlarla il ərzində laylı tortun dilimləri kimi qırmızı qumdaşı süxurlarından formalaşmışdır.
Daş Meşəlik, Çin















Əhəngdaşılı tiyə kimi bu sütunların bir çoxu 10 m-dən hündür daşlardan ibarət meşə landşaftına bənzər landşaft formalaşdırır. Region YUNESKO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilib.
Daş meşələri 270 milyon il bundan dayaz dənizin yerində formalaşıb. Qumdaşı və əhəngdaşılar dənizin hövzəsində yığılıb və sonra qalxmağa məruz qalmışlar. Daşların indiki formaya düşməsində isə küləklərin, suların böyük rolu var. 
Ay vadisi, Argentina
















İsti və kələ-kötürlü, çətin keçilən bu ərazi eynən ayın səthini xatırladır. Lakin burada çoxlu qiymətli fosil (canlı orqanizmlərin daşlaşmış qalıqları-red.) qəbristanlığı mövcuddur. 
Ən qədim dinozavrların, balıqların, amfibiyaların, sürünənlərin və 100-dən çox bitki növünün fosili tapılmışdır. Həmçinin nəhəng daşa dönmüş ağac gövdələri də var.
Qaya dalğaları, Avstraliya
















Bu əyri qaya 14 metr yüksəklikdə və 110 metr uzunluqdadır. Qərbi Avstraliyada “Hyden” Vəhşi Təbiət Parkının şimal hissəsində yerləşən bu nəhəng qranit hissələrin 2.7 milyard yaşı var. 
Qaya dalğalarının suyun qranit üzərində hərəkəti ilə meydana gəldiyi düşünülür. Üzərindəki rəngarəng zolaqlar yağış suyunun arxası ilə buraxdığı minerallardan hazırlanıb.

 Şokolad təpələri, Filippin















Filippində Bohol əyalətində bu əhəngdaşı kurqanların sayı 1500-ə yaxındır. Onlar adətən ot ilə əhatələnir, amma quru mövsüm zamanı tutqun-qəhvəyi rəngli sahəyə çevrilirlər.
 1988-ci ildə Şokolad Təpələri Filippinin üçüncü Milli Geoloji Abidəsi elan edilib. 
Nəhəng Bəndlər, Şimali İrlandiya
















Bu kütləvi altıbucaqlı qara bazalt sütunlar pilləkən kimi böyüyür və düzgün bir şəkildə hissələnir. 40.000-dən çox sayı vardır.
Onlar ehtimal 50-60 milyon il əvvəl vulkanik fəaliyyətdən sonra meydana gəlib. Sütunlar ehtimal ki, püskürən lava soyuyandan sonra formaya düşmüşdür. 
Brays kanyonu, Yuta milli parkı, ABŞ
















Kolorado Yaylasında Yuta Ştatının cənubunda Brays Kanyonu təbii amfiteatrdır. Yerli Amerikalılar onu görünüşünə görə “kanyonda kişi kimi dayanan qırmızı qayalar”  deyə adlandırır. Bu formalar qaya çatlarında suyun təkrar donması və əriməsi nəticəsində yaranır. Bəzi sütünların hündürlüyü 10 mərtəbəli binadan daha hündürdür. 
Vermillion qayaları, Arizona ABŞ
















Turistlər arasında məşhur “Vermillion Cliffs”ərazisi dərin kanyonlar və dik qayalıqlar ilə zəngindir. Həm də dalğalı qumlu daşlardan ibarət olan formaların məskənidir. 
Bu relyef forması Kolorado yaylası üzərində yerləşir və qırmızı rəngi qumlu daşlardan alır. Günün müxtəlif zamanlarında qayaların rəngləri dəyişir.
Kristal mağaralar, Meksika















Bu mağara nəhəng qılınc kimi gips kristallarının toplanmasından yaranıb. Formalar 300 m dərinlikdə Meksikada Çiyaya ştatında yerləşir. Bu, qurğuşun və gümüş tapmaq üçün qazma işi aparan iki qardaş tərəfindən aşkarlanıb.
Bu nəhəng kristalların yaranma səbəbi kimi mağaralardan axan  gips tərkibli yeraltı suları qaynar maqmanın qızdırması və sonradan soyuması ilə formalaşması qeyd edilir. 

San Andreas Fayı, Kaliforniya
















Bu təxminən 1300 km uzunluğunda olan yer qabığında bir nəhəng çatdır. Çat xətti 30 milyon il əvvəl iki böyük tektonik tavanın (plitələr) - Sakit okean və Şimali Amerikanın toqquşmasından sonra meydana gəlmişdir. 

mənbə: moderator.az