loading...
Sayta dəstək üçün reklamlara tıklamağı unutmayın :)

İranda gənclər necə eşqbazlıq edirlər? (FOTOLAR)

İranda gənclər necə eşqbazlıq edirlər? - FOTOLAR
Öz qanun və qaydaları ilə önə çıxan İranın ictimai həyatı bütün dünyanın diqqətini çəkir. Sərt qanun və qaydaların olduğu ölkədə gənc iranlılar cərimələr, cəza və işgəncələrə baxmayaraq, qarşı cinsin nümayəndələri ilə münasibətlər qurmaqdan və eşqbazlıqdan qorxmurlar. Əlbəttə, bu münasibətlər üçün müəyyən üsullar var.
İnqilabdan əvvəl hicabsız İran qadınları (FOTOLAR)
Sosial həyat deyiləndə, İranda ağıla gələn ilk yer küçə və prospektlərdir. Gənclərin açıqca eşqbazlıq edə bildikləri tək yer buralardır...
Qızlar və oğlanlar avtomobillərin şüşələrindən bir-birlərinə telefon nömrələrini verirlər.
İranlı gəncləri ev partiləri ilə yanaşı, Alburz dağına çıxmasına da xüsusi önəm verirlər.
Parti sahibinin və ya parti üzvünün sizə etibar etməsi sizin orada iştirakınız üçün vacib şərtdir.
Avtomobillərin içində oğlanlı, qızlı qrupların olması normaldır. Hətta avtomobilin içi ağzına kimi dolu olsa da, nə polis, nə də inqilab gözətçiləri buna fikir vermir.
Avtobuslarda və metroda sıxlıq olan bölgələrdə də flörtləşmək (eşqbazlıq) qismən mümkün olur.
Bəziləri isə bir az daha çox makiyaj etməklə, rəngli paltarlar geyməklə, qolları açıqda buraxmaqla, hicabı yüngüldən geri itələməklə və bağlı qapılar arxasında gizli-gizli görüşməklə eşqbazlıq edirlər.
Fotoqraf Kiana Hayeri də “İranda necə flört edirsən” sualına cavab tapmağa çalışır.
İranda hicabdan istifadə üzrə məcburiyyət olmasına baxmayaraq, qadınlar olduqca azaddırlar.
mənbə: publika.az

Yorumlar

Contact for domain: mhmedia@post.com

Bu blogdaki popüler yayınlar

Qadağan olunmuş 10 film - SİYAHI (+18)

Çardağa atılmış köhnə çaynik yarım milyon dollara satıldı (FOTO)