loading...
Sayta dəstək üçün reklamlara tıklamağı unutmayın :)

Ev heyvanlarını tanıyan “ağıllı” qapı - VİDEO

Ey heyvanlarını tanıyan “ağıllı” qapı
Sifətin tanınması texnologiyası sayəsində “ağıllı” qapı yalnız öz ev heyvanlarını içəri buraxır.


“Microsoft” şirkəti tərəfindən təqdim edilmiş "ağıllı" qapı yalnız öz ev heyvanlarını içəri buraxır. Heyvan qapıya yaxınlaşdıqda kameradan onun şəklini ələ keçirən kompüter onu təsvirin tanınması proqramı vasitəsilə yoxlayır. Öncədən proqrama ev heyvanlarının sifəti tanıdılıb və o, yalnız öz ev heyvanlarını içəri buraxır. Tez-tez yad pişiklər qonşulardan yem oğurlayırlar. Belə problemlər adətən şəhərkənarı yerlərdə müşahidə olunur. Orada heyvanlar sərbəstdirlər, yəni istədiyi yerdə gəzirlər.

Sözügedən “ağıllı” qapını satın almaq lazım deyil. Texnika və proqramlaşdırmadan az-çox məlumatı olan istənilən şəxs belə qapı yarada bilər. Bunun üçün birlövhəli kompüter (məsələn, “Minnowboard Max” və ya “Raspberry Pi”), adi veb-kamera, hərəkət sensoru, bir neçə elektrik mühərriki və işıq diodları, proqram təminatı qismində isə “ağıllı” cihazlar, robotlar və ən müxtəlif əldəqayırma layihələr üçün beyin rolunu oynayan “Windows 10 IoT Core”, “OpenCV” və “Microsoft Visual Studio 2017” lazımdır.


Bakucafe.com

Yorumlar

Contact for domain: mhmedia@post.com

Bu blogdaki popüler yayınlar

Qadağan olunmuş 10 film - SİYAHI (+18)

Çardağa atılmış köhnə çaynik yarım milyon dollara satıldı (FOTO)