loading...
Sayta dəstək üçün reklamlara tıklamağı unutmayın :)

Turistlər üçün: Dünyanın ən ucuz şəhərləri (SİYAHI)

Yemək-içmək, əyləncə: Dünyanın ən ucuz şəhərləri 
Turizmin inkişafı, yeni yerlər görmək həvəsi insanları həm də daha ucuz səyahət imkanları tapmağa vadar edir.


Belə bir zamanda dünyanın ən ucuz paytaxtlarının yer aldığı siyahı hazırlanıb. Siyahıda gecələmə və yemək qiymətlərinin münasib olduğu ölkələr yer alıb.

1. Serbiyanın paytaxtı Belqrad. Gecə həyatıyla məşhur olan bu şəhərdə qiymətlər ucuzdur.
2. Kəlküttə. Hindistanın ikinci paytaxtı hesab edilən və ən böyük şəhərlərdən olan Kəlküttədə yoxsulluq səviyyəsi yüksək olduğuna görə qiymətlər ucuzdur.
3. Bosniya-Hersoqovinanın paytaxtı Sarayevo. 
4. Almatı. Qazaxıstanın keçmiş paytaxtı inşaat sektorunun yüksək inkişafına baxmayaraq ucuz şəhər hesab edilir.
5. Monterrey. Meksikanın ən böyük şəhərlərindən hesab edilir və eyni zamanda dünyanın ən ucuz yerlərindən biridir.
6. Tiflis. Gürcüstanın paytaxtı da münasib qiymətlərlə turistləri cəlb edir.
7. Skopye. Makedoniyanın paytaxtı. Avropanın ən ucuz paytaxtlarındandır. 
8. Zambiyadakı Lusaka şəhəri isə hətta Afrika qitəsinin ən ucuz şəhəri hesab edilir.
9. Karaçi. Pakistandakı bu şəhərdə 21 milyon əhali var. Buna baxmayaraq ən ucuz şəhərlərdəndir.
10. Minsk. Belarusun paytaxtı da keçmiş SSRİ məkanında ucuz paytaxt imicini qoruyur.
mənbə: cebhe.info

Yorumlar

Contact for domain: mhmedia@post.com

Bu blogdaki popüler yayınlar

Qadağan olunmuş 10 film - SİYAHI (+18)

Çardağa atılmış köhnə çaynik yarım milyon dollara satıldı (FOTO)