fotolent
Türkiyədə hamını təəccübləndirən qəribə məscid (FOTOLAR)
Türkiyənin Rize əyalətindəki bu məscid görənləri təəccübləndirir.
Buna səbəb məscidin altından kəndə gedən yeganə yolun keçməsidir.
Belə ki, əyalətin Esentepe kəndində yerləşən köhnə məscid binası köhnəldiyindən yeni bina tikiblər. Lakin bölgənin relyefi səbəbilə ərazi problemi olduğuna görə, məscid kəndə aparan yolun üzərində inşa olunub. Məscidin imamı Orhan Büyükün sözlərinə görə, məscid və “Quran” kursu yerləşəm kompleksi başqa cür tikmək mümkün olmadığı üçün belə vəziyyət yaranıb. İmam deyir ki, bu hal bölgəyə gələn qonaqların da diqqətini cəlb edir.