maraqlı
Dünyada "Bitkoin" qəbul edən böyük şirkətlər (SİYAHI)
![]() |
Dünyada "Bitkoin" qəbul edən böyük şirkətlər |
Görün, hansı şirkətlərə "bitcoin"-lə ödəniş etmək mümkündür:
1. "DISH Network"
DISH peyk şəbəkəsi xidmətləri göstərir. Bu sahədə ilkə imza atıb. Şirkət 2014-cü ilin may ayında "Coinbase" ilə əməkdaşlıq etdiyini elan edib. Bundan sonra kripto pul vahidi ilə ödəniş qəbul etməyə başlayıb.
2. "Microsoft"
"Microsoft" 2014-cü ilin axırlarında "bitcoin"-i ödəmə vasitələrinə əlavə edib.
3. "Dell"
"Bitcoin" əsasən texnologiya sahəsində olan şirkətlər tərəfindən qəbul olunduğunu görürük. Bu beynəlxalq şirkət də trenddən geri qalmayıb. 2014-cü ilin iyul ayında "Coinbase" ilə əməkdaşlıq edərək, kripto-valyuta qəbuluna başlayıb.
4. "Expedia"
2014-cü ilin iyun ayından etibarən bu səyahət şirkəti də "bitcoin"-lə ödəmə qəbul etməyə başlayıb.
5. Overstock.com
Bu sayt da 2014-cü ilin yanvar ayından "Coinbase" şirkəti ilə əməkdaşlıq edərək, "bitcoin"-lə ödəniş qəbul edir.
6. "Shopify"
"Shopify" dünyanın ən böyük elektron ticarət şirkətlərindən biridir. Al-verçilərə öz onlayn mağazasını yaratıb, mal satmaq imkanı yaradan şirkət, 2013-cü ilin noyabr ayından etibarən "bitcoin"-lə ödəmə qəbul edir.
7. "Steam"
Dünyanın 1 nömrəli onlayn oyun platforması olan "Steam" də kripto-valyuta ilə ödəniş qəbul edir. Şirkət "BitPay" ilə ortaqlıq qurandan sonra bu mümkün olub.
8. "Save the Children"
"Save the Children" təhsil, səhiyyə və itkin düşənlərə yardım etmək üçün iş görən beynəlxalq bir iyanə qurumudur. Uşaqların həyat şəraitini inkişaf etdirmək üçün apardıqları işlər üçün "BitPay" vasitəsilə "bitcoin" kripto pulu ilə də iyanə verə bilərsiniz.
mənbə: cebhe.info