Dünyada ən çox danışılan dillər (SİYAHI)

Dünyada ən çox danışılan dillər (SİYAHI)
Dünyada 7 mindən artıq dil var. Maraqlıdır ki, planet sakinlərinin 80%-i yalnız 80 dildə danışır. Bu alimlərə yaxın 30-40 il ərzində mövcud dillərin yarıdan çoxunun yox olacağını deməyə əsas verib.


BMT dünyada şəxsi kommunikasiya və internet məkanında ən çox istifadə edilən və daha çox insanın gündəlik həyatda istifadə etdiyi dillərin siyahısını təqdim edir.

1.Çin dili – 1,284 milyard insan
2.İspan dili – 437 milyon insan
3.İngilis dili – 372 milyon insan
4.Ərəb dili – 295 milyon insan
5.Hind dili – 260 milyon insan
6.Benqal dili – 242 milyon insan
7.Portuqal dili – 219 milyon insan
8.Rus dili – 174 milyon insan
9.Urdu dili – 129 milyon insan
10.Yapon dili – 125 milyon insan.

mənbə: modern.az