Kim Kardaşyanın Türkiyə kökləri tapıldı (FOTO)

Kim Kardaşyan
Ailə kökləri Türkiyəyə dayanan erməni əsilli Kim Kardaşyanın soykökü ortaya çıxıb.

“Daily Mail” qəzetinin məlumatına əsasən, məlum olub ki, Kardaşyanların Ərzurumda və Qarsda Karakale kəndində yaşamış babalarına aid fotoları yayımlanıb.

Kim Kardaşyanın ulu babası Hovhannes Miroyanla arvadı Lusyak Çorbacıyan 1900-cü illərin əvvəllərində qızları Vartanuşu da götürərək Kaliforniyaya köçüblər. Vartanuş ABŞ-da Arakel Arakelyanla evlənib. Cütlüyün Helen Arakelyan adlı qızları isə qarslı köçəri Artur Kardaşyanla ailə qurub.

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Kim Kardaşyanın ulu babalarının Qars və Erzurumdan olmağı, Karakale kəndinin sakinlərinin sərt təpkisinə səbəb olub. Onlar Kimin əslən buralı olduğuna inanmadıqlarını ifadə ediblər.

mənbə: cebhe.info