maraqlı
Adlarını dəyişdirən ölkələr (FOTO+SİYAHI)
![]() |
Adlarını dəyişdirən ölkələr |
Makedoniya rəhbərliyi ölkə adının dəyişdirilməsi ilə əlaqədar referendum keçirtməyə qərar verib.
Bununla rəhbərlik NATO-nun və Avropa İttifaqının üzvü olmağı hədəfləyir. Belə ki, həm NATO, həm də Aİ Makedoniyanın qarşısında Yunanıstanla adla bağlı problemi həll etməyini tələb edir.
Makedoniyanın baş naziri Zoran Zayev yanvar ayında referendum keçirəcəyini söz vermişdi. Baş nazir 27 fevralda (2018) vətəndaşlara dörd variantda ad irəli sürdü: Şimali Makedoniya Respublikası, Yuxarı Makedoniya Respublikası, Vardar Makedoniya Respublikası və Makedoniya Respublikası.
Ölkə adının dəyişdirilməsi problemi isə Yunanıstanla bağlıdır. Yunanıstan “Makedoniya” isminin ölkə adı kimi istifadə edilməsinə etiraz edir. Yunanıstanın Makedoniya ilə sərhədində eyni adlı rayonu yerləşir. Yuqoslaviyanın süqutundan sonra Skopye beynəlxalq arenada “Keçmiş Yuqoslaviya Makedoniya Respublikası” adını istifadə etməli olur, çünki ancaq bu adla BMT-yə üzv dövlət kimi qəbul edilir.
Hazırda çox bariz səbəb üçün Makedoniya rəhbərliyi ölkənin adının dəyişdirilməsinə tərəfdardır. Ölkə rəhbərliyi açıq şəkildə bildirir ki, adın dəyişdirilməsi ilə Aİ üzvü ola biləcəklər və ölkədə yarana biləcək etnik toqquşmaların qarşısını ala biləcəklər. Öz növbəsində Yunanıstan da qonşuları ilə münasibətlərinin düzəldilməsində maraqlıdır. Xalq isə bu gedişatdan razı deyil. Ölkənin paytaxtı Skopyedə etiraz aksiyaları keçirilir.

Referendumun nəticələrinə görə Makedoniyanın adı dəyişdirilərsə, dünyanın adını dəyişdirən tək ölkəsi Makedoniya olmayacaq.
Kamboca Krallığı
XX əsrin ikinci yarısında uzaq şərqdəki Hind-çin krallığının adı beş dəfə dəyişdirilib. 1953-cü ildə Kamboca krallığı Fransadan azad olduqdan sonra bu adı aldı. 1970-ci ildə kral Sianuk devrildi və hakimiyyətə antikommunist və ABŞ tərəfdarı Lon Nola gəldi. O, ölkəni Kxmer Respublikası adlandırdı. Bu ad etnik səbəblərə görə seçilmişdi. Kxmerlər ölkə əhalisinin əksəriyyətini təşkil edirlər. 1975-ci ildə hakimiyyətə “qırmızı kxmerlər” gəldi və yenidən ölkənin ismini dəyişdirib “Demokratik Kampuçiya” etdilər. Lakin 1979-cu ildə Vyetnamla müharibədən sonra hakimiyyət yenidən dəyişdi və Vyetnam tərəfdaşları Kampuçiya Xalq Respublikası adını qəbul edirlər. 1989-cu ildə konstitusiyaya edilən dəyişikliyə görə, ölkə “Kamboca dövləti” adını aldı.

Ölkənin ilkin adına 1993-cü ildə yenidən qayıdılıb. Ölkə monarxiya elan edilib və buna uyğun olaraq indi Kamboca Krallığı adlanır.
Şri-Lanka
Şri-Lankanın adı XVI əsrdə potuqaliyalılar tərəfindən Seylon olaraq dəyişdirilib. Ölkə əhalisinin əksəriyyətini sinqallar təşkil edir. Portuqaliyalılardan sonra adaya hollandlar gəlir, daha sonra britaniyalılar gəlir. Lakin yenə də “Seylon” adı qalır.
1948-ci ildə ölkə Britaniya müstəmləkəçiliyindən qurtulur və müstəqilliyini elan edir. Ölkə 70-ci illərə qədər “Seylon” adlanır. Əvvəlcə “Şri-Lanka Respublikası”, daha sonra isə 1978-ci ildə “Demokratik Sosialist Şri-Lanka Respublikası” adlandırılır. “Seylon” adı isə Qərbdə və elə ölkənin özündə istifadə edilir.

2005-ci ildə Şri-Lankada hakimiyyətdə Racapaks olur. Onun prezidentlik dövrü sakit keçmir: ölkədə sinqallar (əhalinin 3/2 hissəsi) və tamillər arasında (10%) münaqişə baş verir. Konfliktin həlli üçün prezident müstəmləkəçilikdən qalma qaydaları dəyişdirir, o cümlədən ölkənin adı da.
Myanma
1948-ci ildə Böyük Britaniya müstəmləkəçiliyindən qurtulan Cənub-şərqi Asiya dövləti Myanma “Birma” adlanırdı. Bu ad ölkə əhalisinin əksəriyyətini təşkil edən xalqın adı idi. 1974-cü ildə ölkə sosialist kurs götürdü və “Birma Birliyi Sosialist Respublikası” adlandırıldı. “Birma” adında tək problem əhali ilə bağlı deyildi.

Əksəriyyəti təşkil edən etnik əhali heç özü də bu adı qəbul etmirdi və özlərini “bama” adlandırırdı. XX əsrin 80-ci illərində ölkədə hərbi diktatura qurulur. Yeni hökumət bir sıra toponimləri ləğv edir, o cümlədən ölkənin adı dəyişdirilərək “Myanma Birliyi” adlandırılır. (Myanma sözünün mənası “şanlı torpaq” deməkdir.) 2010-cu ildə isə ölkə “Myanma İttifaqı Respublikası” adını aldı. Lakin buna baxmayaraq, əksər ölkələr yeni adı qəbul etmir.
İran
Əhalinin yarısı farslar olsa da, əhali ölkəni İran adlandırırdı. İran (arilər ölkəsi) deməkdir. Qədim yunanlar və digər Avropa ölkələri bu ölkəni fars adlandırıb. İrana 1935-ci ilə qədər Persiya deyilib. Rəsmi olaraq ölkənin İran adlandırılması isə Rza xan Pəhləvinin çağırışı ilə olub.

1959-cu ildə onun oğlu Rza şahölkənin iki adla çağırılacğını elan edir . Bu vəziyyət o qədər də uzun çəkməyib. 1979-cu ildə baş verən inqilabdan sonra ölkə İran İslam Respublikası adını almış oldu.
Səudiyyə Ərəbistanı
Bu ölkənin əvvəlki adı Hicaz olub. Hicaz ölkədə yerləşən ərazinin adını daşıyır. 1916-cı ilə qədər Osmanlı imperiyasının tərkibində olub. Daha sonra müstəqilliyini elan edən Necd krallığı kral Əbdül-Əziz Əl-Səid tərəfindən idarə olunur. 1925-ci ildə Hicazı işğal edir və ölkə Necd və Hicaz adlanır.

1932-ci ildə birləşmiş dövlət halında Səudilər sülələsinin adı ilə Səudiyyə Ərəbistanı adlandırılır. Səudiyyə Ərəbistanından başqa Lixtenşteyn və İordaniya da ölkəni idarə edən sülalənin adı ilə bağlıdır.
Konqo Demokratik Respublikası
Mobutu Seke Sekonun hakimiyyətdə olduğu dönəmdə Konqo Demokratik Respublikası Zair Respublikası adlanıb. Mobutu 1965-ci ildə hərbi qiyam nəticəsində hakimiyyətə gəlir. Konqo da digər Afrika ölkələrində olduğu kimi avtoritar rejim tərəfindən idarə olunur. O, qərblə yaxın əlaqələrinin olmasına baxmayaraq, 1971-ci ildə digər afrikalaşma bütün qitədə olduğu kimi Konqoda da yayılmağa başlamışdı.

Bu proseslərin nəticəsində ökə Zair adını alır. Bu toponim Konqoda çay adıdır. Bundan əlavə, ölkədəki xristian adları da dəyişdirilir. Mobutu öz adını da dəyişdirir və Nqvendu Va Za Banqa adını alır. Ölkə 1997-ci ildə Mobutu diktaturasının süqutundan sonra yenidən Konqo adlanır.
mənbə: musavat.com