Bizi necə izləyirlər? - IPhone, Facebook və başqa proqramlar - 10 QAYDAYA DİQQƏT EDİN

Bizi necə izləyirlər?
Son zamanlar insanların şəxsi məlumatlarının satılması, yayılması, qazanc məqsədilə istifadəsinə dair informasiyalar tez-tez yayılır. Mütəxəssislər bildirir ki, insanları kompüter proqramları və monitordakı  kameralarla izləmək mümkündür. 
Bütün bunlar isə sizdən istifadə etməklə qazanc əldə etmək məqsədi daşıyır.

Şəxsi məlumatların yayılması və satılmasının bir neçə yolu var:
1. Xəstəxana və apteklər informasiyaları satır. Facebook bunu yoxlamaq üçün öz əməkdaşlarını bir neçə xəstəxanaya göndərib. Məlum olub ki, xəstələrlə bağlı məlumatlar gizli saxlanılmalı olsa da, onları əldə etmək o qədər də çətin deyil. Bu isə o qənaəti yaradır ki, Facebook şəxs məlumatları bu mənbədən əldə edə bilən yeganə qurum deyil.
2. Apple sizin hesabınızdakı pulları  saya bilir. 2015-ci ildə Apple İPone üçün yeni proqrama patent alıb. Bu proqram vasitəsilə sizin bank hesabınıza necə nəzarətini təmin etmək olub. Ancaq hələlik Apple bu proqramdan istifadə etmir.
3. Reklamçılar sizin kameradakı görüntünüzdən istifadə edir. Bir çoxlarınız Mark Zukerberqin  kompüterində kameranın üstünün bağlı olduğunu görmüsünüz. Sizə niyə? Facebook yaradıcısı özünü belə qoruyur.
4. Əgər siz elektron avadanlıq istifadə etməsəniz belə, şirkətlər sizi izləyə bilir. Bir çox şirkətlər izləmə kameraları üçün lisenziya alıb və ondan istifadə edir.
5. Sizi izləyənlər arasında supermarketlər də var. Onlar təkcə müşahidə kamerası yox, həm də də  Wi-Fi-dan bu məqsədlə istifadə edirlər. Siz marketə daxil olanda sistemə qoşulursunuzsa, izıənmənizə şərait yaradırsınız. Hətta telefonda nə etdiyinizi də görə bilirlər.
6. Şirkətlər sizi həm də üz tanınması proqramı ilə izləyir. Marketlərdəki kameralar təkcə oğurluğun qarşısını almaq üçün qoyulmur. Həmin kameradan sizi izləyə, nə ilə məşğul olduğunu görə və bu məlumatları sata bilərlər. Məsələn, Çində 170 milyon kompüterdən ibarət şəbəkə yaradılıb və üz tanınması texnologiyasından istifadə edilir.
7. Facebook bütün telefon zənglərini yazır. Bu qalmaqal bu ilin martında olub. Facebook iddiaları yalanlasa da, başqa şirkətlərin bu işlə məşğul olduğu dəqiqdir. “Pudding Media” adlı şirkət hətta bunun üzərində öz biznesini də qurub. Şirkət “Skype"a bənzər proqram vasitəsilə zəngləri yazıb və reklamçılara saıtb. 
8. “AccuWeather” isə sizin yeriniz barədə məlumatları yayır. Şirkət buna görə hətta 2017-ci ildə problemlə də üzləşib. O, öz müştəriləri barədə məlumatları satmaqda ittiham edilib. 
9. Bütün bunlardan başqa sizin səsinizi yaza bilən yüzlərlə proqram var. Bunların çoxu gizli proqramlardır, onlar ətrafda baş verən hər şeyi qeydə alır. Bu proqrmaların bir çoxu “Alphonso" şirkəti tərəfindən yaradılıb. Onlar elə edirlər ki, mikrafon daim açıq olur, hətta bağlı görünsə də...
10. Hətta siz Facebook-dan istifadə etməsəniz belə izlənmədən qutula bilməyəcəksiniz. Çünki şirkət ondan istifadə etməyənlər barədə də məlumat toplayır. Hətta bütün saytlarda "like" düyməsinin olduğunun fərq etmisinizmi? Hətta siz Facebook istifadəçisi olmasanız belə, bu düymədən istifadə edə bilərsiniz. 
mənbə: cebhe.info