loading...
Sayta dəstək üçün reklamlara tıklamağı unutmayın :)

Həftədə 2 dəfə yesəniz: Xərçəng ola bilərsiniz

Dünyada xərçəng riskinin getdikcə daha sürətlə artdığı bir zamanda bəzi yeməklərin bu xəstəliyi tətiklədiyi deyilir. Elmi araşdırmalar nəticəsində də xərçəngə yoluxma riskini artıran ərzaq məhsullarının siyahısı hazırlanıb. Xüsusilə emal edilmiş ətdən istifadə xərçəng riskini artırır.

260 mindən artıq qadın üzərində aparılan araşdırma belə bir nəticəni ortaya qoyub. Məlum olub ki, həftədə 2 dəfə sosiska və ya emal edilmiş ət yemək qadınlarda döş xərçənginə tutulmaq riskini 50 faiz artırır. Ancaq qırmızı ət yeməyin xərçəngə yoluxma riskini artırmadığı üzə çıxıb.

İngiltərədə fəaliyyət göstərən Clasgov Universitetinin Sağlıq İnstitutunun mütəxəssislərinin apardığı araşdırma bu nəticəni üzə çıxarıb. Ümümdünya Səhiyyə Təşkilatının da 2015-ci ildə açıqladığı hesabata görə, emal edilmiş ət xərçəng riskini artırır. 

262 min qadın üzərində araşdırmada isə döş xərçəngi diaqnozu qoyulan 7 min qadın 7 il ərzində müşahidə altında saxlanılıb. Məlum olub ki, emal edilmiş ət yeməyən və ya az yeyən qadınlar hər gün azı 9 qram emal edilmiş ət yeyən qadınlarla müqayisədə 21 faiz az təhlükəli xərçəng riski daşıyıb.

mənbə: cebhe.info

Yorumlar

Contact for domain: mhmedia@post.com

Bu blogdaki popüler yayınlar

Qadağan olunmuş 10 film - SİYAHI (+18)

Çardağa atılmış köhnə çaynik yarım milyon dollara satıldı (FOTO)