maraqlı
Pulla vətəndaşlıq verən ölkələr (SİYAHI)
![]() |
Pulla vətəndaşlıq verən ölkələr |
Dünyada bir çox şəxs öz ölkəsindən başqa ikinci ölkənin də vətəndaşı olmaq istəyir. Vətəndaşlıq almaq üçün bir çox yollar olsa da, ən asanı və həm də ən çətini pulla vətəndaşlıq almaqdır. Pulla vətəndaşlıq almaq dedikdə rüşvətlə, ya da hansısa ölkəyə ödəniş etmək nəzərdə tutulmur. Sadəcə, pulunuz varsa, həmin ölkədə xərcləməlisiniz. Mülk almaq, iş yeri açmaq, həmin ölkənin bankına pul yatırmaq və sair.
Pulla, yatırımla vətəndaşlıq almağın mümkün olduğu ölkələr haqqında məlumatları topladıq:
Ukrayna
Ukraynada bir iş yeri açmanız vətəndaşlıq üçün ilk addım olacaq. Açılan şirkətin hesabında $ 100,000 varsa, ölkədə məhdudiyyətsiz yaşayış icazəsi əldə etmək mümkündür. Limitsiz yaşama icazəsindən sonra, vətəndaşlıq əməliyyatları sizin üçün daha da asanlaşacaq.
Latviya
Latviyadan vətəndaşlıq ala bilmək üçün daşınmaz əmlaka investisiya qoymalısınız. Ölkənin əyalətlərində 70 min avroluq, mərkəzində isə 140 min avroluq əmlak alsanız, vətəndaşlıq almaq imkanlarınız açılır.
Portuqaliya
Vətəndaşlıq üçün müraciət etməyiniz üçün Portuqaliyada ən az 35 gün qalmağınız vacibdir. Amma işin əsas tərəfi yenə puldur. 500 min avroluq əmlak alsanız, ya da 1 milyon avro dəyərində ölkəyə yatırım etsəniz, vətəndaşlıq ala bilərsiniz.
Malta
Malta üçün sadəcə 650 min avro yatırım etsəniz, heç gözləmədən vətəndaşlıq ala bilərsiniz. Bu ölkənin digərlərindən fərqi vətəndaşlığın daha tez verilməsidir.
Macarıstan
Macarıstana 300 min avro yatırım edən hər bir şəxsə 6 aylıq müvəqqəti yaşayış icazəsi verilir. Daha sonra isə vətəndaşlığa müraciət edə bilərsiniz.
İspaniya
İspaniyadan ev alsanız, sizə 1 illik müvəqqəti yaşayış icazə veriləcək. Daha sonra isə 3 illik. Müddətlər böyüyərək ümumilikdə 10 illik müvəqqəti icazələrdən sonra vətəndaşlıq üçün müraciət edə bilərsiniz. İspaniya malta kimi həmin an pasport vermir.
mənbə: cebhe.info