loading...
Sayta dəstək üçün reklamlara tıklamağı unutmayın :)

1963-cü ilin maşını 70 milyon dollara satıldı (FOTO)

1963-cü ilin maşını 70 milyon dollara satıldı


1963-cü il istehsalı olan "Ferrari" markalı yarış avtomobili rekord 70 milyon dollar qiymətinə satılıb ki, bu da bütün dövrlər ərzində satılan ən bahalı maşındır.

Bu barədə mənbələrə istinadən CNBC məlumat yayıb.

Telekanalın məlumatına görə, avtomobili maşın salonları üçün ayaqaltlıqları hazırlayan "WeatherTech" şirkətinin təsisçisi Devid Maknil alıb.

Bildirilir ki, avtomobil satışı üzrə əvvəlki rekord da 1963-cü il istehsalı olan "Ferrari"yə məxsusdur. O, 2013-cü ildə 52 milyon dollara satılıb.

mənbə: report.az

Yorumlar

Contact for domain: mhmedia@post.com

Bu blogdaki popüler yayınlar

Qadağan olunmuş 10 film - SİYAHI (+18)

Çardağa atılmış köhnə çaynik yarım milyon dollara satıldı (FOTO)