loading...
Sayta dəstək üçün reklamlara tıklamağı unutmayın :)

Ən yaxşı və ən ucuz 5 smartfon (SİYAHI)

Ən yaxşı və ən ucuz 5 smartfon
Ən yaxşı, həm də ən ucuz smartfon telefon axtarırsınız? 


“GizmoChina” nəşrinin mütəxəssisləri ən yaxşı ucuz smartfonların reytinqini tərtib ediblər.

Reytinqin lideri qiyməti 160 dollar təşkil edən “ZTE Nubia М2” smartfonu seçilib.

İlk beşlikdə digər dörd mövqeyi Çinin “Xiaomi” şirkətinin smartfonları tutub.

Reytinqə görə, 159 dollarlıq “Xiaomi Redmi S2” liderlər beşliyində ikinci pillədə qərarlaşıb. Qurğu keyfiyyətli ön və əsas kamerası ilə seçilir. Üçüncü yerdə “Xiaomi Redmi 5 Plus” modeli yer alıb. Smartfon istifadəçisi 190 dollar  ödəməklə güclü oyun prosessoru, eləcə də tərəflərinin nisbəti 18:9 təşkil edən ekran əldə edir.

Reytinqdə digər yerləri “Xiaomi Redmi 5”“Xiaomi Redmi Note 5” modelləri tutub.

Qeyd edək ki, bahalı seqmentdə hazırda ən müasir smartfonlar “Samsung Galaxy S9+”, “Huawei P20 Pro”, “Sony Xperia XZ2”, “Xiaomi Mi Mix 2s” və “Asus Zenfone 5z” modelləri hesab olunur.

mənbə: ictnews.az

Yorumlar

Contact for domain: mhmedia@post.com

Bu blogdaki popüler yayınlar

Qadağan olunmuş 10 film - SİYAHI (+18)

Çardağa atılmış köhnə çaynik yarım milyon dollara satıldı (FOTO)