siyahı
Bunlar siqaretdən daha çox ÖLDÜRÜR
Sosial medianın sürətlə inkişafı və üz-üzə görüşmələrin azalmasına görə mütəxəssislər yalnızlığın dünya miqyasında geniş yayılan bir xəstəliyə çevrildiyini və bu durumun öldürücü ola biləcəyini deyir.
Oturmaq
2014-cü ildə aparılan bir araşdırmaya görə, gün boyu oturmaq fərqli xərçəng xəstəliyi növlərinin ortaya çıxma riskini artırır. Araşdırmaçılar hər gün oturaraq televizora baxan, çalışan, ya da səfər edən 4 milyon nəfərdən aldıqları nəticələr əsasında bu qərara gəliblər. Hər iki saatlıq oturma müddəti insanın kolon xərçəngi, endometrial xərçəng və ağciyər xərçəngi riskini artırır. Üstəlik, gün ərzində edilən bəzi idmanar və fəaliyyətlər də bu durumu dəyişdirmir.
Yuxusuzluq
ABŞ Xəstəliyə Nəzarət və Qarşısının alınması Mərkəzləri yuxusuz qalmanın bir cəmiyyətin sağlamlıq problemi olduğunu, Amerikada 50-70 milyon nəfərdə yuxusuzluq və oyaq qalma pozğunluğunun olduğunu açıqlayır. Ümumdünya Səhiyyə Təşkilatından professor Valeri Qafarov 2015-ci ildə verdiyi açıqlamada lazımi qədər yatmayan birinin iflic və infarkt riskinin sistemli siqaret çəkən biri qədər yüksək olduğunu deyib. Qafarov “Yuxusuzluq kardiyovasküler xəstəliklər üçün sırf siqaret çəkmək, yetərincə hərəkət etməmək və pis qidalanmaq kimi bir risk faktoru olaraq qəbul edilmlidir” deyib.
Bronzlaşmaq
Solarium, sıradan günəşlənmənin daha nəzarətli versiyası zənn edilə bilər. Amma hər ikisi də siqaret çəkməkdən daha zərərlidir. 2014-cü ildə həyata keçirilən bir araşdırmada solariumun səbəb olduğu dəri xərçənginin siqaretin səbəb olduğu ağciyər xərçəngindən daha artıq olduğu üzə çıxıb. Araşdırmaçılar “solariumdan qaynaqlanan dəri xərçənginin sayı nəzərə alındığı zaman bu nəticələr böyük bir cəmiyyətin sağlamlıq probleminə işarət edir” deyib.
Sağlam qidalanmamaq
Şəkərli və doymuş yağ faici yüksək olan qidalardan istifadə etmək ölümcül xəstəliklərə yaxalanma məsələsində ciddi faktor sayılır. 2016-cı ildə qeyri-sağlam qidalanmanın səbəb olduğu ölüm faizini araşdıran araşdırmaçılar bu faizlərin spirtli içki, narkotik, qorumasız cindi münasibət və tütün məhsullarından istifadənin toplamından daha artıq olduğunu gördü.
mənbə: musavat.com