DİQQƏT!!! Gmail poçtunuzu başqaları oxuya bilər - özünüz buna icazə vermisiniz
 |
Gmail
Google şirkəti təsdiq edib ki, bəzən üçüncü tərəf şəxsi Gmail ünvanındakı məktubları oxuya bilər.
Öz hesablarına müxtəlif tətbiqlər yükləyən insanlar, özləri də bilmədən elektron məktublarının oxunmasına yol aça bilərlər.
Belə şirkətlərdən biri Wall Street Journal-a bildirib ki, bu adi təcrübədir və bu sahənin "çirkli sirridir".
Google şirkəti bildirib ki, bu təcrübə şirkətin qaydalarına zidd deyil.
Google istifadəçilərinə üçüncü tərəfə məxsus tədbiqlərə qoşulmağa imkan yaradır - misal üçün, bilet alışında kömək edən və ya məhsulların və xidmətlərin qiymətlərini müqayisə edən proqramlara.
Belə olduğu halda istifadəçiyə xəbərdarlıq edilir ki, üçüncü tərəf onların poçt qutusuna daxil ola bilər və bununla razıdırlarmı.
İcazə
Belə halarda elektron poçt kompüter alqoritmləri tərəfindən skan edilir. Bir sıra şirkətlər Wall Street Journal-a bildiriblər ki, onların əməkdaşları minlərlə email-i oxuyurlar.
Edison Software Ltd qəzetə bildirib ki, yeni tətbiq hazırlamaq üçün minlərlə adamın şəxsi elektron məktublarını oxuyublar.
Digər bir şirkət eDataSource Inc bildirir ki, öz alqoritmlərinin işini yaxşılaşdırmaq üçün istifadəçilərin şəxsi email-lərini oxuyublar.
Şirkət bunun üçün istifadəçilərdən xüsusi icazə almadığını və istifadəçilərin buna avtomatik razılaşdığını bildirib.
Google bildirir ki, şəxsi email-lərə girişi yalnız etibarlı şirkətlər əldə edib və bu, yalnız istifadəçilərin icazəsilə mümkündür.
mənbə: BBC
|
Bu blogdaki popüler yayınlar
Qadağan olunmuş 10 film (+18) Cinsi zorakılıq, ölüm, kütləvi qətl səhnələri ilə dolu olan filmlər çox vaxt tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Dünyanın bir çox ölkələrində məhz bu səbəblərdən dolayı bəzi qorxu filmləri qadağan edilib. Amma buna baxmayaraq bu tərz filmlərin çoxlu sayda izləyicisi var.
Ukraynalı qızların görmədiyiniz FOTOLARI Ukraynalı fotoqraf David Dubnitski yeni foto layihə hazırlayıb. Bu layihədə Ukrayna qızlarının bir-birindən maraqlı görüntüləri əksini tapıb.
Britaniya sakininin çardaqdan tapdığı, Çin imperatoru Syan-lunun hakimiyyəti dövrünə aid köhnə çaynik hərracda 495 min dollara satılıb. Çaynikin keçmiş sahibi babasının əşyanı Birinci Dünya müharibəsi zamanı Böyük Britaniyaya Asiyadan gətirdiyini bildirib. O etiraf edib ki, əvvəlcə çayniki antik əşyalar dükanına satmaq istəyib, lakin sonra ekspertlə məsləhətləşmək qərarına gəlib. Lotun start qiyməti təxminən 50 min dollar olub. Lakin səkkiz nəfərin qiyməti dayanmadan artırması səbəbindən çaynik bundan on dəfə baha satılıb. Onu hərracın Londondan olan anonim iştirakçısı alıb. mənbə: azertac
Yorumlar
Yorum Gönder
Məqalələrə şərh yaza bilərsiniz.