loading...
Sayta dəstək üçün reklamlara tıklamağı unutmayın :)

Bu qadının 43 yaşı olduğuna heç kim inanmır (FOTOLAR)

Bu qadının 43 yaşı olduğuna heç kim inanmır
43 yaşlı tayvanlı modelyer Lur Hsyu görünüşü ilə hər kəsi heyrətə salır.

Şəkillərə baxanda ehtimal etmək çətindir ki, Lur Hsyunun yaşı 40-ı haqlayıb. Ona maksimum 20 yaş vermək olar.

Tayvanlı qadın məsum və uşaq sifəti, zərif bədən quruluşu və yaşı ilə hər kəsi heyrətləndirir. O, birinci kurs tələbəsi kimi görünsə də, əslində 43 yaşı var. İxtisasca dizayner olan qadın öz gəncliyini sağlam qidalanması, fiziki aktivlik və özünə qoyduğu müəyyən məhdudiyyətlərlə əlaqələndirir. Həmçinin dərisinə qulluq etmək üçün özünə həmişə vaxt ayırır.

Günəşdən qoruyucu vasitə

Lur çalışır ki, günəşin altında az dayansın. Çünki ultrabənövşəyi şüalar dərini qurudur və qırışların yaranmasına səbəb olur.

Qidalanma və qida əlavələri

Dizayner vegetariandır, qidalanmasında meyvə və tərəvəzlərə daha çox üstünlük verir. Bu zaman o, qidalanma rasionundan şəkəri demək olar ki, çıxarıb, amma səhərlər özünə qəhvə qonaqlığı verir. Bir də Lur C vitamini, həmçinin kollagen kimi qida əlavələri istifadə edir.

Fiziki aktivlik

O, hər gün idmanla məşğul olmaq imkanlarını əldən vermir. Lur daha nə ilə məşğul olmur: aerobika, qaçış, velosiped sürmək, pilates və s.

Kifayət qədər maye

Tayvanlı gözəl yaxşı bilir ki, bədəninin hər bir hüceyrəsinin mayeyə ehtiyacı var. Xarici görünüş, gözəllik və dərinin vəziyyəti hər gün qəbul etdiyiniz suyun miqdarından və keyfiyyətindən asılıdır. Odur ki, gənclik uğrunda mübarizədə su əvəzsiz köməkçidir.

Xarici obrazı

Daxili və xarici qulluqdan savayı Lur öz yaşından xeyli aşağı olan insanlarla ünsiyyət qurur. O, hesab edir ki, cavan insanlarla ünsiyyət onun gənclik enerjisini qoruyub saxlayır.


mənbə: publika.az

Yorumlar

Contact for domain: mhmedia@post.com

Bu blogdaki popüler yayınlar

Qadağan olunmuş 10 film - SİYAHI (+18)

Çardağa atılmış köhnə çaynik yarım milyon dollara satıldı (FOTO)