loading...
Sayta dəstək üçün reklamlara tıklamağı unutmayın :)

Çardağa atılmış köhnə çaynik yarım milyon dollara satıldı (FOTO)



Britaniya sakininin çardaqdan tapdığı, Çin imperatoru Syan-lunun hakimiyyəti dövrünə aid köhnə çaynik hərracda 495 min dollara satılıb.


Çaynikin keçmiş sahibi babasının əşyanı Birinci Dünya müharibəsi zamanı Böyük Britaniyaya Asiyadan gətirdiyini bildirib. O etiraf edib ki, əvvəlcə çayniki antik əşyalar dükanına satmaq istəyib, lakin sonra ekspertlə məsləhətləşmək qərarına gəlib.


Lotun start qiyməti təxminən 50 min dollar olub. Lakin səkkiz nəfərin qiyməti dayanmadan artırması səbəbindən çaynik bundan on dəfə baha satılıb. Onu hərracın Londondan olan anonim iştirakçısı alıb. 



mənbə: azertac

Yorumlar

Contact for domain: mhmedia@post.com

Bu blogdaki popüler yayınlar

Qadağan olunmuş 10 film - SİYAHI (+18)